Meyvə bağlarına dəyən zərər üzrə rekord məbləğdə sığorta ödənişi edildi
Azərbaycanda meyvə bağı, qarpız və günəbaxan sahəsi üzrə rekord məbləğdə aqrar sığorta ödənişi edilib.Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta çərçivəsində meyvə bağları və sair əkinlər üzrə böyük məbləğdə ödənişlər həyata keçirilib.
Aqrar Sığorta Fondunun məlumatına görə, ödənişlər Ağstafa və Samux rayonlarında yerləşən və müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib.
Sığorta ödənişləri fırtına, dolu, sel-subasma və sair hadisələrdən dəymiş zərərlər üzrə ödənilib.
Belə ki, Ağstafa rayonunda yerləşən "Kur Fruit Company" MMC şirkətinə gilas, alma, armud və şaftalı bağlarına dəyən zərər üzrə 214 min 170 manat ödəniş edilib.
Ağstafa rayonun Poylu qəsəbəsində yerləşən «Kur Fruit Company» MMC şirkətinin gilas, alma, armud və şaftalı bağlarına fırtına nəticəsində böyük zərər dəyib. Aqrar Sığorta Fonduna bu barədə məlumat verildikdən sonra təsərrüfata baxış keçirilməsi üçün ezam edilən ekspertlər hadisəni araşdırıb, zərəri qiymətləndirib, nəticədə meyvə bağlarına dəymiş zərər üzrə rekord məbləğdə – 215 170 manat ödəniş həyata keçirilib. Bu indiyədək Azərbaycanda meyvə bağlarına dəymiş zərər üzrə ən böyük sığorta ödənişidir.
Samux rayonunun Qarabaclı kəndində yerləşən qarpız, günəbaxan və arpa sahələri isə subasmadan zərər çəkib. Hadisənin araşdırılmasından sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata qarpız sahəsi üzrə 94 500 manat, arpa sahəsi üzrə 24 500 manat, günəbaxan sahəsi üzrə isə 39 600 manat zərər hesablanaraq fermerlərə ödənilib. Qarpız və günəbaxan üzrə ödənişlər indiyədək bu bitkilər üzrə ən yüksək sığorta məbləğləridir.
Samux rayonunun Qarayeri kəndində isə gilas, şaftalı, gavalı bağları bu ilin may ayında fırtına hadisəsindən ciddi zərər görüb. Bu hadisə nəticəsində meyvə bağına dəyən zərərlər üzrə 25 049 manat aqrar sığorta ödənişi edilib.
Bununla əlaqədar olaraq noyabrın 23-də Aqrar Sığorta Fondu tərəfindən Ağstafa və Samux rayonlarında təbiət hadisələrindən zərər çəkən fermerlərə sığorta ödənişi tədbiri keçirilib.
Aqrar Sığorta Fondunun məsul şəxsləri, fondun Şəmkir və Goranboy filialları, Samux rayon icra hakimiyyətinin rəhbər şəxslərinin və DAİM rəhbərlərinin iştirak etdiyi tədbirlərdə aqrar sığorta haqqında geniş məlumat verilib, təbiət hadisələrindən zərər çəkmiş fermerlərə ödənişlər təqdim edilib.
Tədbirdə bildirilib ki, 2024-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti və çoxsaylı təbiət hadisələri nəticəsində ölkənin əksər bölgələrində təsərrüfatlara və əkin sahələrinə böyük zərər dəyib, əkinləri su basıb. Bu hadisələr nəticəsində ən çox zərər görən təsərrüfatlardan biri də Ağstafa və Samux rayonlarıdır.
Samux Rayon icra hakimiyyətinin nümayəndələri regionda iqlim şəraitinin mürəkkəb olduğunu xatırladaraq bildirib ki, bu vəziyyət tez-tez təbiət hadisələrinin baş verməsinə səbəb olur və təsərrüfatlara zərər vurulması ilə nəticələnir. Onlar fermerləri belə hadisələrdən qorunmaq üçün dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığortadan faydalanmağa çağırıb.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyəti sədrinin müşaviri İmran Cümşüdov bildirib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı və həyata keçirilən sığorta ödənişləri sürətlə artır.
Belə ki, Aqrar Sığorta Fondu bu ilin ilk 9 ayında fermerlərə 3,8 milyon manat sığorta ödənişi həyata keçirib, ilin sonunadək bu məbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. Ümumilikdə isə indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 10 milyondan artıq sığorta ödənişi edilib.
Tədbirdə bildirilib ki, aqrar sığorta subsidiyalaşdırılır, yəni sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Tədbirdə təbiət hadisələrindən zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim edilib. Ödəniş alan fermer və təsərrüfat rəhbərləri sığorta ödənişinin onlara böyük dəstək olduğunu, aqrar sığorta mexanizminin işindən olduqca razı qaldıqlarını bildiriblər.
Fermerlərin qaldırdığı suallar cavablandırılıb, onlara ətraflı izahat verilib.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 48 bitki məhsulunu sığortalamağa imkan verir, buraya taxıl və texniki bitkilər, bostan bitkiləri və meyvə bağları aiddir. Aqrar Sığorta Fondu ölkədə əkilən demək olar ki, bütün meyvə bitkilərinin sığortalayır.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
48 d. əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
5 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Eczacıbaşı Holding"in sədri Azərbaycana gəlib - Nazir ilə görüşüb, Azərbaycanda potensial fəaliyyəti müzakirə edilib
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
Fəzail Ağamalı vəfat edib
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ















.webp)








