Azərbaycanın milli ödəniş sistemi infrastrukturunda 606 milyard manatlıq dövriyyə!
Son 3 il ərzində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3.6 dəfə artaraq cari ilin ilk 10 ayında 606 mlrd. manat təşkil etmişdir."Bank sektorunun cari vəziyyəti və inkişaf trendləri də bununla bir tandem təşkil etməkdədir. İlk olaraq, sektorun kəmiyyət və keyfiyyət göstəricilərinə toxunmaq istərdim. Bankların aktivlərinin həcmi 2024-cü ilin oktyabr ayının sonuna 49.7 mlrd. manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7.7% çoxdur. Kredit portfelindəki artım isə bu tempi 3 dəfəyə yaxın ötərək 20.6% təşkil etmiş və ümumilikdə portfelin həcmi 27.1 mlrd. manat səviyyəsinə yüksəlmişdir. O cümlədən, biznes kreditləri 19.4%-lik artımla 14.6 mlrd. manat həcminə çatmışdır. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki atımı da üstələyərək 21% olmuşdur".
Marja.az xəbər verir ki, bunu, Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib.
Xəlilov qeyd edib ki, depozit portfeli isə təqribən 4%-lik artım ilə 34.4 mlrd. manat səviyyəsinə çatmışdır. Buna müqabil, fiziki şəxslərin müddətli depozitlərinin həcmi 26% artaraq, 8.3 mlrd. manat səviyyəsinə çatmışdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 34% təşkil etməkdədir və ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 faiz bəndi azalmışdır.
Vurğulamaq istədiyim digər bir keyfiyyət göstəricisi isə ödəniş vaxtı keçən borclarla bağlıdır. Belə ki, cari ilin oktyabr ayının sonuna vaxtı keçmiş kreditlərin cəmi portfeldəki payı isə cəmi 1.7% təşkil etməkdədir.
Bank sektorunun cəmi balans kapitalının həcmi isə 9% artaraq 6.4 mlrd. manat səviyyəsinə yüksəlmişdir.
Sektorun cari ilin 10 ayı ərzində əldə etdiyi faiz gəliri 3.2 mlrd. manat, mənfəətin həcmi isə 913.7 mln. manat təşkil etməkdədir.
Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılığa təsir edən prioritet faktorlardan biri də rəqəmsal ödəniş ekosisteminin rəqabətədavamlı fəaliyyətinin təmin edilməsi və mütəmadi əsasda inkişaf etdirilməsidir. Həyata keçirilən islahatlar nəticəsində son 3 il ərzində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3.6 dəfə artaraq cari ilin ilk 10 ayında 606 mlrd. manat təşkil etmişdir. Cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 63.8%-i nağdsız formada həyata keçirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























