Unibank lotereya qaliblərinə hədiyyələri təqdim edib
(®) “Unibank”ın “Əjdaha” lotereyasının dördüncü tirajının qaliblərinə hədiyyələr təqdim olunub. Tirajın əsas hədiyyələri 2 ədəd Toyota Corolla Cross avtomobili və 10 ədəd iPhone 15 Pro telefonudur, pul uduşları isə qaliblərin Unibank bank kartlarına köçürülüb. Lotereya qalibləri hər tirajın sonunda Xəzər TV-nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilir.
“Əjdaha” lotereyasının dördüncü tirajının qalibləri öz təəssüratlarını bölüşüblər:
Ələsgər Ələkbərov 1 ildən çoxdur ki Unibank kartından istifadə edir: “Bütün alış-verişlərimi UCard-la edirəm. Lotereya haqqında eşitmişdim, amma qalib olacağımı heç düşünməmişdim. Bankdan zəng edəndə ki, lotereyada telefon udmusan, çox sevindim”.
Dördüncü tirajda iPhone 15 Pro qazanan Zaur Məmmədov da 10 ildən artıqdır “Unibank”ın müştərisidir: “ Lotereya haqqında məlumatım var idi. Qazanıb- qazanmayacağımdan asılı olmayaraq, şəffaflığına həmişə inanmışam. Əvvəlki tirajlarda həyat yoldaşım 100 manat udmuşdu, dördüncü tirajda isə mənim şansım gətirdi”.
Ceyhun Hüseynov da “Unibank”ın məhsul və xidmətlərini yüksək qiymətləndirir:” Dördüncü tirajda iPhone 15 Pro qazandım. Sonuncu tirajdan arzum Seabreeze-də mənzil qazanmaqdır. Digər Unibank müştərilərinə də belə sevincli xəbərlər eşitməyi arzulayıram”.
Dördüncü tirajda telefon uduşunun qalibi olan Emin Kərimov UCard-dan davamlı istifadə edir: “Müştərisi olduğum 3 il ərzində “Unibank”ın bir çox xidmət və məhsullarından istifadə etmişəm və həmişə razı qalmışam. Bankdan zəng edəndə ki lotereyada iPhone 15 Pro qazanmışınız, çox sevindim. Hər kəsə bu sevinci yaşamağı arzulayıram”.
Bu tirajda Toyota Corolla Cross avtomobili qazanan Natiq Nəcəfov qalib olduğu üçün özünü şanslı hesab edir: “İşimlə bağlı bir çox bankın müştərisi olmuşam. Bir ildən çoxdur “Unibank”ı seçmişəm. Həm xidmət kefiyyətinə, həm məhsullarına görə çox düzgün seçim etdiyimə bir daha əmin oldum. Bütün ödənişlərimi Unibank kartları ilə edirəm. Üçüncü tirajda 100 manat qazandım, bu tirajda isə şansıma avtomobil çıxdı. Sevincliyəm və hər kəsə bol şans arzu edirəm”.
Lotereyanın beşinci- sonuncu tirajının qalibləri dekabrın sonlarında Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək. Bu tirajda iştirak etmək üçün azı 50 manatlıq ödəniş edib minimum 5 şans qazanmaq lazımdır. Bu halda əvvəlki tirajda qazanılan şanslar əlavə olunur.
Beşinci tirajın əsas hədiyyəsi Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildir. Sonuncu tirajda 10 ədəd iPhone 15 Pro telefonu və 100, 500, 1000 manatlıq pul uduşları da oynanılacaq.
Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!
Unibank - Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
8 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
10 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
13 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
13 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb




















