Bu gün Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Avropa Mərkəzi Bankından (AMB) dördüncü faiz endirimi gözlənilir.Avropa Mərkəzi Bankı (AMB, ECB) dekabr ayı üzrə faiz qərarını bu gün Bakı vaxtı ilə saat 17:15-də açıqlayacaq. AMB sədri Kristin Laqard (Christine Lagarde) saat 17:45-də mətbuat konfransı keçirəcək.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna görə, ECB depozit faizini 3,25 faizdən 3 faizə, əsas yenidən maliyyələşdirmə dərəcəsini 3,40 faizdən 3,15 faizə, marjinal maliyyələşdirmə faizini isə 3,65 faizdən 3,40 faizə enəcəyi proqnozlaşdırılır.
Bazardakı ümumi gözləntilərə uyğun olaraq bu iclasdan 0,25 bəndlik endirim gözləyən Bloomberg Economics, Laqardın gələn ilki addımları ilə bağlı çox şərh verəcəyini gözləmir.
Bloomberg-in Avro Bölgəsi üzrə baş iqtisadçısı Devid Pauel deyib: “Görünür, İdarə heyəti dekabrda yeni bir faiz endiriminin olması ilə bağlı yekdil fikirdədir. Lakin üzvlərin 2025-ci ildə nə olacağı ilə bağlı fikirləri bir qədər fərqlidir".
Pauel bildirib ki, Bloomberg Economics-in depozit faizlərinin 2 faizlik neytral faiz dərəcəsi proqnozuna çatması ilə gələn il yumşaq pul siyasəti dövrünün sona çatacağını və ən azı mart ayına qədər hər iclasda azalmaların ediləcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
23 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
23 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















