Əcnəbilərə tibbi xidmətlərə görə ödənilmiş ƏDV tam məbləğdə geri qaytarılacaq - VİDEO
Tibb turizminin inkişafı üçün güzəştlər tətbiq olunacaq.
Marja.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin əməkdaşı Elxan İsayev bildirib.
O qeyd edib ki, Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib. İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində Vergi Məcəlləsinə mühüm dəyişikliklərdən biri də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV-nin geri qaytarılması ilə bağlıdır.
Dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə nağdsız qaydada aparılan ödənişlər üzrə ödənilmiş ƏDV-nin tam məbləğdə həmin şəxslərə geri qaytarılması nəzərdə tutulur. Bu dəyişiklik ölkədə tibb turizminin inkişafı və ölkəyə valyuta cəlb olunmasının stimullaşdırılması məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
23 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















