Ölkəmizdə ilk dəfə Qadın Liderləri Zirvəsi keçiriləcək!
“Facemark” və “İnci - İşgüzar xanımların ünsiyyət klubu”nun birgə təşkilatçılığı ilə 4 mart 2025-ci ildə Gülüstan Sarayında Qadın Liderləri Zirvəsi keçiriləcək.
Tədbir “Fərqlərin Bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri və fikir öndərlərini bir araya gətirəcək. Bütöv günü əhatə edəcək tədbir zamanı iştirakçılar fərqli sahələrdən olan qadınların panel mövzuları üzrə çıxışılarını dinləyəcək, onların təcrübələrindən öyrənəcək və liderlikdə bərabərliyin, həmçinin fərdlərin deyil, fərqlərin bərabərliyinə vurğu edəcəklər.
"Fərqlərin Bərabərliyi" konsepti cəmiyyətin müxtəlifliklərindən yaranan gücü və harmoniyanı əks etdirir. Bu, fərqli təcrübələrin, mədəniyyətlərin, düşüncələrin və həyat yollarının bir araya gələrək daha geniş və dərin bir anlayış yaratdığını göstərir. Konseptin əsas mahiyyəti, bu müxtəlifliklərin ayrı-ayrılıqda dəyərli olduğunu, lakin birlikdə olduqda daha böyük bir sinerji yaratdığını vurğulamaqdadır.
“Biznesdə Qadınlar”, “İnnovasiya və Strateji Yanaşmalar”, “Rəqəmsal Trendlər Dövrünündə Qadınlar” panelləri üzrə peşəkar moderator və spikerlər müxtəlifliyin gücünü önə çıxararaq fərqli təcrübələrin və bacarıqların bir-birini necə tamamladığını vurğulayacaq, müxtəlif sahələrdən olan uğurlu qadın liderlərin təcrübələrini bölüşəcəklər. Panel müzakirələri, seminarlar və təlimlər vasitəsilə iştirakçılar liderlik, idarəçilik və bərabərlik mövzularında yeni biliklər və bacarıqlar əldə edəcəklər. Bu biliklər onların şəxsi və peşəkar həyatında inkişaf etmələrinə kömək edəcəkdir.
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak üçün zirvənin rəsmi veb səhifəsinə (www.qlz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.
https://www.instagram.com/qadinliderlerizirvesi/
https://www.facebook.com/profile.php?id=61565512810752
https://www.linkedin.com/company/qad%C4%B1nliderl%C9%99rizirv%C9%99si/?viewAsMember=true
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 12 d. əvvəl
- 36 d. əvvəl
-
45 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
49 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)






.jpg)




