Azərbaycan Sement İstehsalçıları Assosiasiyası mükafata layiq görülüb
(®) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2024-cü ildə ekoloji layihələrdə ən yaxşı tərəfdaşlar seçilib. Bununla bağlı nazirlikdə Yaşıl dünya naminə həmrəylik ilində təbiətin mühafizəsi və ətraf mühitin qorunması təşəbbüsləri üzrə seçilən qurumların və təşkilatların iştirakı ilə mükafatlandırma mərasimi təşkil olunub və tədbirdə Azərbaycan Sement İstehsalçıları Assosiasiyası mükafata layiq görülüb.
17 tərəfdaşın 4 nominasiya üzrə fərqləndirildiyi mükafatlandırma mərasimində Azərbaycan Sement İstehsalçıları Assosiasiyası Korporativ Sosial Məsuliyyət çərçivəsində ətraf mühit layihələrində nazirliyin ən yaxşı tərəfdaşlarından biri elan edilib.
Qeyd edək ki, assosiasiya üzvləri ətraf mühitin qorunmasına məsuliyyətli yanaşma tətbiq edirlər və ötən il assosiasiyaya üzv olan sement şirkətləri tərəfindən Xalis Sıfır Sürətləndirici təşəbbüsü irəli sürülmüşdü. Təşəbbüsə uyğun olaraq, sement şirkətləri tərəfindən sement və beton sənayesində karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması məqsədilə Xalis Sıfır Yol Xəritəsi işlənib hazırlanmış və COP29-da ictimaiyyətə təqdim olunmuşdu.
Xalis Sıfır Yol Xəritəsinə uyğun olaraq, assosiasiya üzvləri 2030-cu ilə qədər karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağı və 2050-ci ildə xalis sıfır emissiya hədəfinə çatmağı öz qarşılarına məqsəd qoyublar.
Azərbaycan Sement İstehsalçıları Assosiasiyası 2024-cü ildə “Norm” ASC, Holcim Azərbaycan, Arkoz Sement və Reges Sement şirkətlərinin birgə təşəbbüsü ilə yaradılıb. Assosiasiyanın Xalis Sıfır Yol Xəritəsi Avropa Sement Tədqiqatı Akademiyası (ECRA) tərəfindən Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) metodologiyası əsasında hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















