ING: Azərbaycan Mərkəzi Bankı mart ayında uçot dərəcəsini artıracaq

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycan Mərkəzi Bankının (AMB) mart ayında uçot dərəcəsini artıracağını proqnozlaşdırıb.
“ING Group” Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi üzrə proqnozunu bu ilin birinci rübündən 2026-cı ilin üçüncü rübünə kimi 7,25%-dən 7,50%-ə yüksəldib. Korporasiya 2026-cı ilin üçüncü rübü üzrə uçot dərəcəsi üzrə proqnozunu 7,50%-dən 7,75%-ə, dördüncü rübü üzrə isə 7,75%-dən 8,00%-ə yüksəldib.
AMB ötən ilin may ayından etibarən uçot dərəcəsini 7,25% səviyyəsində sabit saxlayır. Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il martın 12-də açıqlayacaq.
Qeyd edək ki, 22 Yanvar 2025-ci il tarixində keçirilmiş mətbuat konfransında Sədr Taleh Kazımov Mərkəzi Bankın faizlərini aşağı sala biləcəyinə işarə edib.
"Növbəti faiz qərarlarımız faktiki və proqnozlaşdırılan inflyasiyadan, iqtisadiyyatda olan meyllərdən asılı olacaq. Bizim gözləntilərimiz doğrulduğu şəraitdə, yəni, inflyasiya hədəf diapozonunda və daha aşağı səviyyələrdə formalaşmasını müşahidə etdiyimiz zaman, biz öz pul siyasətimizi yumuşaltma istiqamətində nəzərdən keçirəcəyik", - Mərkəzi Bankın sədri Taleh Kazımov bildirmişdir.
Pul siyasətinin yumuşaldılması faizlərin daha da azaldılacağına işarədir.
Mərkəzi Bank mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir. Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bank bu il üçün 5,8 % illik inflyasiya proqnozlaşdırırdı. İnflyasiya proqnozunun 0,3 faiz bəndi aşağı salınması kənd təsərrüfatı məhsulları indeksində artımın daha aşağı olacağının gözlənilməsilə bağlıdır.
Taleh Kazımov qeyd edib ki, inflyasiya azalma trendində olduğu üçün Mərkəzi Bankın İdarə Heyəti pul siyasətini yumşalda bilər: "İdarə Heyətində bu fikiri dəstəkləyənlərin sayı getdikcə artır".
Mərkəzi Bankın sədri əlavə edib ki, uçot dərəcəsində 7% səviyyəsi Mərkəzi Bank üçün neytral səviyyədir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il mart ayının 12-də ictimaiyyətə açıqlanacaq.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Artıq 6-cı iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlayıb.
© APA, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
