“Fitch"in direktoru: Azərbaycanın qaz hasilatının gələn il zirvəyə çatacağını proqnozlaşdırırıq
"Azərbaycanın qaz hasilatında son illərdə əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Bu il və ya gələn il bu hasilatın zirvəyə çatacağını proqnozlaşdırırıq".
Bunu “Fitch Ratings”in baş direktoru və suveren reytinqlər qrupunun inkişaf etməkdə olan Avropa ölkələri üzrə rəhbəri Erik Arispe (Erich Arispe) deyib.
O bildirib ki, son illərdə neft hasilatında davamlı azalma müşahidə edilib və bu tendensiya 2022-2023-cü illərdə sürətlənib.
"Fitch" 2024-cü ildə yeni hasilatın, xüsusilə də “Azəri Şərqi Mərkəzi” layihəsinin işə düşməsi ilə bu azalma tempinin 2025-2028-ci illərdə illik 2-3% səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.
O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi yalnız dövlət maliyyəsi və ixrac məsələləri ilə məhdudlaşmır, eyni zamanda ümumi iqtisadi artımı da əhatə edir. Bir neçə ildir ki, enerji sektorunda azalma ümumi iqtisadi artıma mane olan faktor olub. Lakin 2024-cü ildə müşahidə olunan sabitləşmə və ya neft hasilatındakı azalmanın yavaşlaması ümumi iqtisadi perspektivlərə müsbət təsir göstərə bilər.
"Əsas çağırış isə orta müddətli dövrdə hansı yeni inkişafların həyata keçirilə biləcəyi ilə bağlıdır. Qaz sektorunda isə gələcək artım əsasən Avropa İttifaqına ixrac imkanlarının genişləndirilməsindən asılıdır. Bunun üçün isə uzunmüddətli müqavilələrin bağlanması vacibdir. Həmin müqavilələr yeni qaz yataqlarının işlənməsi, hasilat gücünün artırılması və nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün əsas şərtlərdən biridir"- Erik Arispe əlavə edib.
Qeyd edək ki, ötən il Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 38,7 mlrd. kub metrə yaxın olub.
© APA
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















