Azəri-Çıraq-Günəşlidən neft hasilatı 2 milyon ton azalıb
Hasilatı quyularının sayı artsa da, neft hasilatı azalıb.
2024-cü ildə Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (97 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (51 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (10 000) platformalarından birlikdə – gündə orta hesabla 342 000 barel və ya ümumilikdə təxminən 125 milyon barel, yəni 16 milyon ton olub.
Marja.az xəbər verir ki, bu, "bp-Azərbaycan"ın Biznes əməliyyatları haqqında hesabatında bildirilir.
Dördüncü rübdə AÇG yatağından indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb.
İlin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu, 46 su injektoru quyusu və yeddi qaz injektoru quyusu istismarda olub.
Xatırladaq ki, 2023-cü ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (86 000), Şərqi Azəri (58 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (33 000) platformalarından birlikdə – gündə orta hesabla 363 000 barel və ya ümumilikdə təxminən 133 milyon barel, yəni 18 milyon ton olmuşdu.
2023-cü ilin sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olmuşdu.
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
3 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
4 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
4 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
5 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
