Temperatur 4-7 dərəcə enəcək, yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən bildirilib ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Abşeron yarımadasında gözlənilən qeyri-sabit hava, atmosfer təzyiqinin xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsizdir.
XXX
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 22-25°, günün birinci yarısında 28-33°, axşam 24°-dək isti,
Bakıda gecə 23-25°, günün birinci yarısında 31-33°, axşam 24°-dək isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 7-si gündüzdən 8-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında səhər şimal və şərq rayonlarından başlayaraq, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
3 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
-
6 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
8 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 27 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Ən çox oxunanlar
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























