Improtex Group "IDEX 2025" sərgisində texnikalarını təqdim edib
Şirkət istehsal etdiyi məhsullarını Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi stendinin daxilində təqdim edib(®) 17-21 fevral 2025-ci il tarixlərində Abu Dabidə keçirilən dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan "IDEX 2025" çərçivəsində Improtex Group Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə sərgidə iştirak edib.
Improtex Group sərgidə Azərbaycanda istehsal olunan “Revival” minatəmizləmə maşınlarını təqdim edib. Şirkət, qonaqlara və beynəlxalq tərəfdaşlara innovativ texnologiyalar əsasında hazırlanmış minatəmizləmə texnikaları barədə ətraflı məlumat verib. Stenddə nümayiş olunan “Revival M” və “Revival T” minatəmizləyən maşınları, onların texniki imkanları və real əməliyyat sahələrində effektivliyi barədə geniş təqdimat keçirilib.
Sərgidə Improtex Group ilə Səudiyyə Ərəbistanının nüfuzlu “Jassara Group for Business” şirkətlər qrupu arasında qarşılıqlı anlaşma memorandumu (MoU) imzalanıb. Memorandum çərçivəsində Azərbaycanda istehsal olunan "Revival" minatəmizləmə texnikalarının Səudiyyə Ərəbistanı bazarında ixracı və bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Sərgidə Avropa və digər ölkələrindən olan nümayəndələr "Revival" minatəmizləmə texnikalarına böyük maraq göstəriblər. İstehsal edilən texnikalara belə diqqətin ayrılması bu texnikaların qlobal bazara da eksport potensialının artmasının göstəricisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
29 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 45 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
























