Azərbaycanda elektromobil sektorunun maliyyələşdirilməsi ilə bağlı təkliflər hazırlanır

Azərbaycanda elektromobil sektorunun inkişafı üçün maliyyələşmə müxanizmləri ilə bağlı təkliflər hazırlanır.
Bunu Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun bu il üçün prioritet vəzifələrinə həsr olunmuş iclasda bildirib.
"2025-ci ilin birinci yarısında elektromobil və hibrid avtomobillərlə bağlı maliyyələşmə və infrastrukturun təkmilləşdirilməsi üzrə hökumətə təkliflər təqdim ediləcək. Bu istiqamətdə işçi və alt işçi qruplarında geniş müzakirələr aparılır", - deyə o qeyd edib.
R.Qurbanovun sözlərinə görə, elektromobil və hibrid avtomobillərinin idxalı yüksək templə artır və bu prosesin davamlı olması üçün infrastrukturun, xüsusilə “Azərişıq” ASC-nin elektrik şəbəkəsini adekvat gücləndirməsi əsas prioritetlərdən biridir.
“Hazırda Azərbaycanda minik avtomobillərinin sayı təqribən 1,6 milyon təşkil edir. Elektromobillərin sayı isə bu ilin yanvar ayının əvvəlinə olan göstəricilərə əsasən, təxminən 6 min, hibrid avtomobillərin sayı isə 69 min civarındadır”, – deyə R. Qurbanov bildirib.
O qeyd edib ki, 2025-ci ilin yanvar göstəricilərinə əsasən, elektromobil və hibrid avtomobillərin sayında 33 %-lik artım müşahidə olunur: "Bu proses avtomobil sektorundakı tendensiyalarla yanaşı, dövlət tərəfindən dəstəklənən infrastruktur layihələri ilə əlaqəlidir".
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
23 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
