“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Fevral ayında Beynəlxalq səhnədə ABŞ, Çin, Avropa və digər böyük iqtisadiyyatlarla ticarət əlaqələrində yaranan gərginliklər dünya birjalarında qeyri-müəyyənliyə səbəb oldu və təhlükəsiz liman axtarışında olan investorların qızıl, İsveçrə frankı və Yapon yeni kimi valyutalara yönəlməsinə səbəb oldu.
Ötən ay Donald Tramp tərəfindən elan olunan yeni tariflər ABŞ-ın xarici ticarət siyasətində kəskin dəyişikliklər yaratdı. Bu addım, xarici ticarət axınlarına mənfi təsir göstərərək investor dollara olan etibarını zəiflətdi. Nəticədə, ABŞ dolları fevralın əvvəli Forex bazarlarında major valyutalar qarşısında kəskin ucuzlaşdı. EUR/USD 1.05$, GBP/USD 1.26$ hədlərinin üzərinə yüksəldi. USDJPY və USDCHF cütlükləri isə sərt enişlə yadda qaldı. Lakin, fevral ayının son həftəninin cümə axşamı və cümə günü Amerikada inflyasiya göstəricilərinin proqnozların üzərində açıqlanmasından sonra FED-in mart toplantısında faiz dərəcələrini sabit saxlayacağına dair ehtimalların güclənməsi fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşdı. EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.03600 və 1.25600 hədlərinə kimi gerilədi. Qızıl ötən ay ərzində ard-arda rekord qırmağa davam etdi və 2956$-a kimi yüksəldi. Lakin, fevralın 27-si və 28-i ABŞ-da artımla açıqlanan makroiqtisadi göstəricilər fonunda qiymətli metal 2832$-a kimi ucuzlaşdı.
Önəmli makroiqtisadi göstəricilərlə zəngin olan cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI), ÜDM hesabatı və Avropa Mərkəzi Bankının faiz qərarı, ECB sədri Kristin Laqartın, Böyük Britaniyanın baş bankiri Endryu Beylinin, FED sədri Cerom Pavelin çıxışları olacaq.
Həftənin ən önəlmi xəbərləri arasında Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də NFP hesabatı da yer alır.
Cari həftə Türkiyədə və İsveçrədə açıqlanacaq CPI, Avrozonada, İngiltərədə, Amerikada, Yaponiyada yayımlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) göstəriciləri də birjaların diqqət mərkəzində olacaq.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı lirənin, Avstraliyanın ÜDM hesabatı isə AUD-un qiymətlərinə yön verə bilər.
Cümə axşamı günü keçirilməsi gözlənilən Avropa Liderləri Sammitində isə Avropanın Ukrayna ilə bağlı siyasi vektorunun necə müəyyənləşdiyi maraq doğurur. Qeyd edək ki, investorlar və analitiklər “Ağ ev”-də yaşanan Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski krizindən sonra, Avropa liderlərinin Ukrayna ilə bağlı mövqeyinin necə dəyişməsindən asılı olaraq Ukrayna-Rusiya münaqişəsinin gələcəyinə dair ipucları arayacaqlar.
EUR
Ötən həftə ərzində 1.03600 səviyyəsinə qədər geriləyən EUR/USD məzənnəsi cari həftəyə artımla start verdi. Hazırda valyuta cütlüyü 1.4160 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI), ÜDM hesabatı və Avropa Mərkəzi Bankının faiz qərarı və AMB-nin sədri Kristin Laqardın çıxışları avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.
GBP
Keçən həftəni 1.25600$ həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.26000 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası aktuallıq qazana bilər.
XAU/USD
Qızıl ötən həftə 2956$-a kimi yüksələrək tarixi maksimum səviyyəsini növbəti dəfə yenilədi. Lakin, dəyərli metal sonradan geriləyərək həftəni 2832$ səviyyəsində tamamladı.
Hazırda, 2866$ həddində ticarət olunan “sarı metal”, həm Ukrayna-Rusiya münaqişəsinin necə davam edəcəyinə dair qeyri-müəyyənliklər, həm də Donald Trampın tarif siyasətinin həm qlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular fonunda “güvənli liman” maliyyə aləti kimi çıxış edən qızılı dəstəkləyə bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 33 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















