Kanada və Çin ABŞ mallarına əlavə gömrük rüsumlarını açıqlayıb
Kanada ABŞ mallarına 25% rüsum tətbiq edəcək. Çin isə ABŞ-ın kənd təsərrüfatı məhsullarına 10-15% əlavə gömrük rüsumları tətbiq edəcək.ABŞ Prezident Donald Tramp çərşənbə axşamı rəsmi Vaşinqtonun Kanada və Meksikaya 25% gömrük rüsumu (tarif) tətbiq edəcəyini və Çindən idxala tətbiq edilən rüsumları 20%-ə qaldıracağını təsdiqlədikdən sonra, Kanada rəsmiləri ABŞ mallarına tarifləri açıqlayıb.
"Kanada bu əsassız qərarın cavabsız qalmasına imkan verməyəcək" - deyə baş nazir Castin Trudeau martın 3-də bildirib.
Birinci mərhələdə Kanada 4 mart tarixindən etibarən təxminən 20,6 milyard dollar dəyərində Amerka mallarına 25% rüsum tətbiq edəcək. Üç həftə sonra başlayacaq ikinci mərhələdə avtomobil, yük maşınları, polad və alüminium da daxil olmaqla 86,28 dollarlıq Amerika mallarına eyni tariflər tətbiq ediləcək.
"Bizim tariflərimiz ABŞ-ın ticarət sanksiyaları qaldırılana qədər qüvvədə qalacaq" - Kanadanın baş naziri deyib.
Çinin Maliyyə Nazirliyinin məlumatına görə, martın 10-dan Çin ABŞ-dan idxal olunan kənd təsərrüfatı məhsullarına 10-15% əlavə gömrük rüsumları tətbiq edəcək. Bundan əlavə, ölkənin Ticarət Nazirliyi 15 ABŞ şirkətini ixraca nəzarət siyahısına əlavə edib.
Meksika prezidenti Klaudiya Şeynbaum da tariflərə cavab verəcəyini vəd edib: "Bizim B, C, D planımız var".
Kanada, Meksika və Çinə tariflər qüvvədədir
ABŞ prezidenti Donald Trampın “razılaşma üçün yer qalmadığını” bildirərək tətbiq ediləcəyini açıqladığı Kanada, Meksika və Çinə qarşı yeni tariflər bu səhər qüvvəyə minib. Müvafiq olaraq, Kanada və Meksikadan idxal edilən məhsullara 25 faiz, Kanadadan enerji idxalına isə 10 faiz rüsum tətbiq ediləcək.
Eyni zamanda, ABŞ qeyri-qanuni fentanil axınının qarşısını almaq üçün “kifayət qədər addımlar atmadığını” bildirərək Çinə tarifləri iki dəfə artıraraq 20 faizə çatdırıb. Tramp kənd təsərrüfatı məhsullarına tətbiq edilən tariflərin aprelin 2-dən qüvvəyə minəcəyini deyib, lakin təfərrüatları açıqlamayıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















