Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıdan Səmərqəndə uçuşlar bərpa edilir: biletlər artıq satışdadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Səmərqəndə uçuşlar bərpa edilir: biletlər artıq satışdadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 aprel tarixindən etibarən Şərqin nadir incisi olan Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Marja-ya verilən məlumata görə, Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır.

Uçuşlar Bakıdan Səmərqəndə çərşənbə axşamı və şənbə günləri, Səmərqənddən Bakıya isə çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

Aviabiletləri AZAL-ın saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

 

14.03.2025 11:13

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18