"PAŞA Sığorta" 2024-cü il üzrə qazancını açıqladı
"PAŞA Sığorta" ASC 2024-cü ili 42 milyon 31 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 35 milyon 489 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Sığorta"nın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 6 milyon 542 min manat və ya 18,4% artıb.
Marja.az Şirkətin 31 dekabr 2024-ci il tarixində tamamlanan il üzrə hesabatlarına istinadən xəbər verir ki, "PAŞA Sığorta"nın cəmi gəlirləri 2023-cü ildə 315 milyon 801 min manat ikən, 2024-cü ildə 346 milyon 937 min manat təşkil edib (31 milyon 136 min manat və ya 9,9% artıb)
"PAŞA Sığorta"nın cəmi xərcləri 2024-cü ildə 2023-cü illə müqayisədə 27 milyon 954 min manat və ya 10,3% faiz artaraq 299 milyon 837 min manat təşkil edib. 2023-cü ildə Şirkətin cəmi xərcləri 271 milyon 883 min manat təşkil etmişdi. Gəlirlərdəki artım xərclərdəki artımdan daha böyük məbləğdə olduğu üçün Şirkətin əməliyyat mənfəəti 3 milyon 181 min manat artıb. Eyni zamanda, ödənilən mənfəət vergisinin azalması Şirkətin xalis mənfəətinin artmasına müsbət təsir göstərib.
Birbaşa sığorta üzrə sığorta haqları 300 milyon manatı keçib
"PAŞA Sığorta"nıncəmi gəlirlərinin 306 milyon 966 min min manatını birbaşa sığorta üzrə sığorta haqları (2023-cü ildə 276 milyon 203 min manat), 10 milyon 650 min manatını isə təkrarsığorta üzrə təkrarsığorta haqları (2023-cü ildə 17 milyon 311 min manat) təşkil edib.
Sığorta ödənişləri cüzi azalıb
2024-cü ildə "PAŞA Sığorta"nınsığorta ödənişləri 822 min manat azalaraq 143 milyon 214 min manata düşüb. 2023-cü ildə Şirkətin sığorta ödənişləri 144 milyon 36 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)








