"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!
Azercell gənc istedadları informatika və proqramlaşdırma sahəsində öz bacarıqlarını sınamağa çağırır(®) Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan növbəti “AZERCELL CUP 2025” müsabiqəsinə qeydiyyat davam edir.
İnformatika və proqramlaşdırma sahəsinə maraq göstərən 6-7-ci sinif şagirdləri müsabiqəyə qoşula bilərlər. Seçim mərhələsindən uğurla keçən iştirakçılar üçün bu sahədə bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı da əldə edəcəklər.
Müsabiqədə iştirak etmək istəyənlər 04 aprel 2025-ci il tarixinədək https://azercellcup.org saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı tamamlamış namizədlər sınaq imtahanına dəvət olunacaq, müsabiqənin ilk turu isə 05 aprel 2025-ci il tarixində onlayn formatda baş tutacaq.
Qeyd edək ki, Azercell 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesini dəstəkləyir. Bu müddət ərzində bölgə və paytaxt məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























