"Ariston" Rusiya bazarına qayıdır
"Ariston Group" yenidən Rusiyada fəaliyyət göstərməyə hazırlaşır.
Marja.az xəbər verir ki, İtalyanın soyutma, isitmə və su həlləri avadanlıqları istehsalçısı Rusiya rəsmiləri ilə əməkdaşlıq edərək əməliyyatlarını davam etdirməyi planlaşdırdıqlarını bildirib. "Ariston Group"ın Rusiyadakı törəmə şirkətinin idarəçiliyi “Qazprom Məişət Sistemləri”ndən (Gazprom Household Systems) “Ariston”a keçəcək.
"Ariston Qrupu"nun sədri Paolo Merloni verdiyi açıqlamada şirkətin Rusiya bazarına qayıtmağa qərar verdiyini açıqlayıb.
"Rusiya hakimiyyətinin Ariston Group-u Rusiyadakı törəmə müəssisəmizin sahibi və meneceri kimi yenidən təyin etmək qərarından çox məmnunuq. Biz fəaliyyətimizi Rusiya hakimiyyəti ilə əməkdaşlıqda davam etdirməyi planlaşdırırıq", - şirkətin mətbuat xidmətinin bəyanatında deyilir.
Bu qərar Rusiya prezidenti Vladimir Putinin son qərarı ilə mümkün olub. Putin bu yaxınlarda verdiyi fərmanla “Ariston”un Rusiyadakı törəmə şirkəti "Ariston Termo Rus"un “Qazprom”un törəməsi olan “Qazprom Məişət Sistemləri” ASC-nin idarəçiliyinə müvəqqəti ötürülməsini ləğv edib.
"Ariston" İtaliyanın "Indesit" şirkətinin "çətiri" altında fəaliyyət göstərir, su qızdırıcıları və sobalar kimi böyük məişət texnikaları istehsal edir.
2024-cü ilin aprelində verilən qərarla "Ariston"un Rusiyadakı əməliyyatları müvəqqəti olaraq “Qazprom”a verilmişdi. Eyni dövrdə Almaniyanın "Bosch" və "Siemens" brendlərinə sahib olan "BSH Hausgeräte"nin Rusiyadakı törəmə şirkəti də "Qazprom"un strukturuna keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























