Coca-Cola xeyriyyə yarmarkasının tərəfdaşıdır
(®) Baharın gəlişi ilə birlikdə xeyirxah ənənələri yaşatmaq məqsədilə təşkil olunan “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası davam edir.
"Coca-Cola Azərbaycan"ın dəstəyi ilə keçirilən bu təşəbbüs ehtiyacı olan insanlara yardım etmək və cəmiyyət arasında paylaşma ruhunu gücləndirmək məqsədi daşıyır.
Azərbaycan xalqının ən rəngarəng və zəngin bayramlarından olan Novruz ərəfəsində xeyirxahlığı da unutmayan Coca-Cola Azərbaycan, "Nargis" Fondunun təşkilatçılığı ilə keçirilən “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarından biridir. Coca-Cola Azərbaycan yarmarkada quraşdırdığı Novruz və Bakının atributlarını təsvir edən fotozonası ilə tədbirə əlavə rəng qatır.
2019-cu ildən etibarən təşkil olunan yarmarkadan əldə edilən bütün gəlir müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin ödənilməsinə sərf olunur.
Yarmarkada yerli sənətkarların əl işləri, ekoloji təmiz məhsullar, milli və xarici mətbəxdən ləziz təamlar, eləcə də bayram əhval-ruhiyyəsini əks etdirən suvenirlər satışa çıxarılır.
Xeyriyyə yarmarkası aprelin 15-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Xartırladaq ki, Coca-Cola Azərbaycan əvvəlki illərdə “Torpaq Əlimdə Bahar Ürəyimdə” yarmarkasının tərərfdaşlarından biri olub.
Qeyd edək ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edəcək. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















