Tramp İran və Rusiyanı yeni sanksiyalar ilə hədələyib
ABŞ prezidenti Donald Tramp İranı "razılığa gəlmədiyi təqdirdə" yeni sanksiyalarla hədələyib.ABŞ prezidenti Donald Tramp İranın nüvə razılaşmasına nail olub-olmamasından asılı olaraq əlavə sanksiyaların tətbiq ediləcəyini deyib.
Marja xəbər verir ki, ABŞ prezidenti DOnald Tramp həftəsonunu keçirdiyi Floridadan Vaşinqtona qayıdarkən təyyarəsində mətbuat mənsubları ilə cari hadisələr barədə sualları cavablandırıb.
Tramp İrana qarşı əlavə sanksiyaların tətbiq edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib: “İrana qarşı bir neçə əlavə sanksiya planımız var. Bizim İrana qarşı əlavə tariflərimiz var və hər hansı bir irəliləyiş görməsək, bir neçə həftə ərzində onları tətbiq edəcəyik. Hazırda onları tətbiq etmirik".
"Biz İrana əlavə rüsumları ona görə nəzərdə tuturuq ki, onlar razılaşırlar, ya yox. Əgər onlar razılaşsalar, o zaman biz heç vaxt yeni tariflər tətbiq etməyəcəyik",- Tramp əlavə edib.
İranın razılığa gəlməsinə üstünlük verəcəyini vurğulayan Tramp əks halda bunun Tehran üçün yaxşı olmayacağını bildirib.
Tramp əlavə edib ki, o, İran administrasiyasının nüvə məsələsində razılaşma əldə edəcəyinə inanır.
O, Rusiya prezidenti Putini də hədələyib
Tramp Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqların baş tutması üçün “Ukraynada qanuni administrasiyanın olması lazımdır” açıqlamasına “çox qəzəbli” olduğunu bildirib və bu açıqlamanın “doğru olmadığını” bildirib.
Tramp, Moskvanın səhvi hesab etdiyi müharibəni dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsə, Rusiya neftinə “ikinci dərəcəli tariflər tətbiq edəcəyi” barədə xəbərdarlıq edib:“Bu o deməkdir ki, əgər siz Rusiyadan neft alsanız, ABŞ-da bizneslə məşğul ola bilməyəcəksiniz".
Tramp qeyd edib ki, atəşkəs razılaşması olmazsa, bu sanksiyalar bir ay ərzində qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























