NEQSOL Holding Atlantik Şurasının tədbirində iştirak edib
NEQSOL Holding Atlantik Şurasının “İqtisadi Müharibə Dövrü” adlı tədbirində iştirak edərək beynəlxalq tənzimləmələrə uyğunluğunu bir daha təsdiqləyib.
Atlantik Şurasının İqtisadi Dövlətçilik Təşəbbüsü tərəfindən Vaşinqtonda təşkil olunmuş tədbirdə NEQSOL Holding-i Aparat Rəhbəri və Strategiya üzrə Rəhbər Teymur Tağıyev təmsil edib.
Tədbirdə tədricən mürəkkəbləşən iqtisadi mühitdə sanksiyaların rolu, şirkətlərin komplayens qaydalarına və tənzimləmə çərçivələrinə riayət etmələrinin vacibliyini vurğulanıb. Tədbir zamanı, həmçinin, ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə keçmiş əməkdaşı Edward Fishman tərəfindən yazılmış “Sıxılma nöqtələri: İqtisadi Müharibə Dövründə Amerikan Gücü” adlı yeni kitabın təqdimatı keçirilib.
“Telekommunikasiya, enerji, texnologiya və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olaraq, beynəlxalq tənzimləmə tələblərinə tam uyğunluğun əhəmiyyətini təsdiq edirik,” - deyə NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib.
“Bu forumda iştirakımız, şəffaf fəaliyyət göstərmək, bütün müvafiq komplayens qaydalarına riayət etmək və məsuliyyətli biznes yanaşması ilə iqtisadi inkişafı dəstəkləmək öhdəliyimizi bir daha vurğulayır,” - Yusif Cabbarov əlavə edib.
NEQSOL Holding, qlobal əməliyyatlarının ən yaxşı beynəlxalq təcrübələrə, eləcə də fəaliyyət göstərdiyi bütün yurisdiksiyalarda iqtisadi sanksiyalara və tənzimləyici tədbirlərə uyğunluğunu təmin edir. Holdinq, uzunmüddətli iqtisadi artımı və müvafiq tənzimləmələrə uyğunluğunu təmin etmək üçün müvafiq tənzimləyici qurumlarla və sənaye liderləri ilə fəal ünsiyyət saxlayır.
Tədbirdə Atlantik Şurasının və müxtəlif Universitetlərin tədqiqatçıları və mütəxəssisləri, ABŞ-da Xəzinə və Ticarət nazirliklərində rəhbər vəzifələrdə çalışmış şəxslər, qlobal şirkətlərin rəhbər şəxsləri və digər tanınmış şəxslər çıxış edib.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq, beynəlxalq tənzimləmələrə və etik biznes təcrübəsinə böyük önəm verir, müvafiq hüquqi çərçivələrə riayət edir və fəaliyyət göstərdiyi bölgələrdə iqtisadi və sosial inkişafı dəstəkləməyə sadiqdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
22 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























