"Hazırda Rusiya ilə ticarətdə ciddi problemlə üzləşməmişik"
Azərbaycanda istehsal edilən tikinti materiallarının Avropa İttifaqı ölkələrinə ixracı araşdırılır.
Bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyasının (ATMİA) Baş Katibi Şahanə Sarı deyib.
O qeyd edib ki, Azərbaycanın tikinti materiallarının Balkan yarımadası vasitəsilə Avropa ölkələrinə ixracı üzərində iş aparılır:
“Hazırda Avropa İttifaqı ölkələrinə ixrac üçün materialların standartı, logistika məsələləri araşdırılır. İlkin qiymət araşdırmasına əsasən, ixrac sərfəli ola bilər".
O, həmçinin Rusiya-Ukrayna müharibəsinin Azərbaycan tikinti sektoruna təsirinə münasibət bildirib:
"Hazırda Rusiya ilə ticarətdə ciddi problemlə üzləşməmişik. Rusiyaya Azərbaycanın tikinti materiallarının ixracını artırmaq üçün işlər görürük. Bir neçə ay bundan əvvəl Rusiya Ticarət Müşavirliyi ilə memorandum imzaladıq. Rusiyadan Azərbaycana idxal edilən məhsulun həcmi Azərbaycandan Rusiyaya ixrac edilən məhsulun həcmindən 3 dəfə çoxdur. Biz bunu balanslaşdırmaq üçün sistemli işlərə başlamışıq".
O bildirib ki, Orta Asiya ölkələri Azərbaycan üçün hədəf bazardır: "Bizim bu ölkələrlə ticarətlə bağlı razılaşmalarımız var. Buna görə də şirkətlərimiz bu ölkələrə daha rahat ixrac edə bilirlər. Tikinti məhsullarının daşınması daha çətin olduğuna görə, onların bir ölkədən digərinə ixrac olunan zaman rentabelliyi aşağı düşür".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)







