Expressbankda “Sağlamlıq ayı” keçirilir
(®) Expressbank Korporativ Sosial Məsuliyyətini ciddi dərk edən maliyyə institutu olaraq əməkdaşları üçün ardıcıl sağlamlıq tədbirləri keçirməyə davam edir.
7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə aprel ayı Bankda “Sağlamlıq ayı” elan edilib. Belə ki, Sağlamlıq ayı çərçivəsində nəzərdə tutulan silsilə tədbirlərdən birincisi Expressbank əməkdaşları üçün keçirilən Emosional Zəka mövzusundakı interaktiv seminar olub. Seminar “Psycho” Psixoloji Mərkəzinin peşəkar psixoloqları Lamiyə Miryaqubova və Leyla Sultanova tərəfindən aparılıb.
Tədbir Bankın əməkdaşlarını stres və neqativ emosiyaların idarə olunması, fiziki və zehni rahatlama texnikaları, daxili və xarici motivasiya, münaqişələrin idarə edilməsi və həll yolları, empatiya və özünüdərk bacarıqları haqqında maarifləndirməklə onların iş mühitindəki rahatlıqlarına dəstək olmaq və sağlamlıqlarının qayğısına qalmaq əhəmiyyəti daşıyır. İştirakçıların aktiv sualları və komandalarla iş müşayiəti ilə keçirilən interaktiv seminar eyni zamanda əməkdaşlararası kommunikasiya bacarıqlarının möhkəmlənməsinə, ünsiyyət rahatlığına və zehni istirahətinə zaman ayırmasına xidmət edir.
Qeyd edək ki, Expressbank daha əvvəl dəəməkdaşlarının sağlamlığına yönəlik bir sıra tədbirlər keçirib və bu yöndə korporativ məsuliyyət strategiyasına sadiqdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























