Fitch: Tariflər ABŞ-ın tənəzzül risklərini artırır
Güman edilir ki, tariflər ABŞ-da tənəzzül risklərini əhəmiyyətli dərəcədə artıracaq və gözlənilən qiymət şoklarını nəzərə alaraq ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha da aşağı salmaq qabiliyyətini məhdudlaşdıracaq, - Fitch Ratings bildirib.
Qlobal kredit reytinqi agentliyi Fitch Ratings, ABŞ-ın tariflərinin (gömrük rüsumlarının) maliyyə təsirinin qarışıq olduğunu və əsas problemləri həll etməyəcəyini açıqlayıb.
Marja.az-ın məlumatına görə, Fitch-in açıqlamasında deyilir ki, tarif gəlirləri (gömrük rüsumu daxilolmaları) ABŞ-ın 2025-ci ildə büdcə kəsirini azaltmağa kömək edəcək, lakin iqtisadi artıma vurulan zərbə və əlavə vergi endirimləri uzunmüddətli fiskal faydaları məhdudlaşdıracaq.
Fitch bildirib ki, uzunmüddətli xərcləmə təzyiqləri aradan qaldırılmasa, ABŞ-ın borcunun ÜDM-ə nisbətini sabitləşdirmək çətin olacaq.
Açıqlamada aprelin 2-də açıqlanan qarşılıqlı tariflər ilə ABŞ-ın effektiv tarif dərəcəsinin təxminən 25%-ə yüksəldiyi xatırladılıb və qeyd edilib ki, daha yüksək effektiv tarif dərəcəsi digər şərtlər sabit qaldıqda gəlirin daha çox artması deməkdir.
“Faiz dərəcələrini azaltmaq imkanları məhdudlaşdırıla bilər”
“Lakin biz hesab edirik ki, tariflər ABŞ-ın tənəzzül risklərini əhəmiyyətli dərəcədə artırır və FED-in əlavə tariflərin qiymətlərə gözlənilən şoku (inflyasiyanın artmasını) nəzərə alaraq faiz dərəcələrini daha da azaltmaq imkanını məhdudlaşdırır”, - deyə açıqlamada bildirilir.
Açıqlamada daha kəskin iqtisadi yavaşlamanın qeyri-tarif gəlirlərinə ciddi təzyiq göstərəcəyi, xərcləri artıracağı və bu təsirlərin tariflərdən qaynaqlanan gəlirlərin birdən-birə artımını gecikdirəcəyi, maliyyə bazarındakı volatillikdən irəli gələn mənfi təsirlərlə birlikdə 2026-cı ilə qədər özünü büruzə verəcəyi qeyd edilib.
Tənəzzül (ressesiya) və ya durğunluq iqtisadi fəaliyyətdə azalmadır. Tənəzzül - ölkənin iqtisadi fəaliyyətinin ən azı 6 ay ərzində orta səviyyədə azalması, nəticədə real ümumi daxili məhsulun azalması mərhələsidir. İqtisadiyyatda geriləmə orta deyil, şiddətlidirsə, buna depressiya deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 d. əvvəl
-
22 d. əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
1 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
3 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
3 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
Son Xəbərlər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

“Bakı Fintex Forumu 2025” keçiriləcək

Sentyabrın 20-də gözlənilən hava şəraiti

Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti
