Dünyanın üçüncü ən böyük avtomobil istehsalçısının satışı azalıb
Stellantis-in satışları əsasən Şimali Amerikada satışların azalması səbəbindən birinci rübdə 9 faiz düşüb.Dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olan Stellantis-in 2025-ci ilin birinci rüb üzrə açıqladığı satış rəqəmlərinə görə, şirkətin avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-mart dövründə 9 faiz azalaraq 1,2 milyon ədəd olub.
Marja xəbər verir ki, Şirkətin Avropadan sonra ikinci ən əhəmiyyətli bazarı olan Şimali Amerikada satışları 20 faiz azalaraq 325 minə düşüb.
Stellantis bu bölgədəki azalmanı istehsalı yavaşlatan uzun bayram mövsümü ilə əlaqələndirib.
Şirkətin açıqlamasında qeyd olunub ki, mart ayında Şimali Amerika bölgəsindəki müştərilərdən gələn sifarişlər 2023-cü ilin iyul ayından bəri ən yaxşı səviyyədə olub.
Şirkətin ən böyük bazarı olan Avropada satışları 8 faiz azalaraq 568 minə düşüb.
İstehsalçının Çin, Hindistan və Asiya Sakit Okean regionunda satışları eyni dövrdə 20 faiz azalıb, Cənubi Amerikada isə 19 faiz artıb.
Stellantis şirkəti Abarth, Alfa Romeo, Chrysler, Citroën, Dodge, DS, Fiat, Jeep, Lancia, Maserati, Opel, Peugeot, Ram ve Vauxhall markalarının sahibidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























