Bu gəmi Azərbaycanda ilk dəfə olaraq inşa edilib
Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi inşa edilibAprelin 11-də Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən Azərbaycanda ilk dəfə inşa edilən “Mühəndis Soltan Kazımov” adına dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəmi üzən tərsanə vasitəsilə suya salınıb.
Agentlikdən Marja-ya verilən məlumata görə, bu gəminin layihələndirilməsi işləri Niderlandın “Damen Shipyards Gorinchem B.V.” şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib. Artıq gəminin inşası işləri yekunlaşıb. Bundan sonrakı mərhələdə isə Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə gəminin sınaq işləri görüləcək.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sifarişi ilə hazırlanan dibdərinləşdirən gəminin ümumi uzunluğu 61,20 metr, gövdənin uzunluğu 49,30 metr, ümumi eni 10,50 metr, suya oturumu 1,65 metr və qazma dərinliyi 18 metr təşkil edir.
Qeyd edək ki, dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəminin inşasının tam yekunlaşıb təhvil verilməsi cari ilin may ayına nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
33 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 49 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























