Azərbaycan şirkəti Çin şirkətilə anlaşdı - Birgə kənd təsərrüfatı texnikaları istehsal edəcəklər
"DONGFENG Agricultural Machinery” ilə "Improtex Şirkətlər Qrupu" arasında anlaşma memorandumu imzalanıb17 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində dövlətlər arası birgə əməkdaşlıq çərçivəsində Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib.
AZPROMO ilə Çinin Milli İnkişaf və İslahat Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan konfrans 2 gün davam edəcək. Əsasən ağır, dağ-mədən, kənd təsərrüfatı sənayelərini və s. sahələrin inkişafına yönəldilmiş təbdirdə hər iki respublikanın yüksək vəzifəli şəxsləri iştirak ediblər.
"Marja" xəbər verir ki, tədbirdə Çin Xalq Respublikasının “DONGFENG Agricultural Machinery” ilə Azərbaycan Respublikasının “İmprotex Qarabağ Sənaye Kompleksi” şirkətləri arasında anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumuna əsasən “Dongfeng Agricultural Machinery” şirkəti “İmprotex Qarabağ Sənaye Kompleksi” şirkətinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yerləşən istehsal müəssisəsində kənd təsərrüfatı texnikalarının birgə istehsalını həyata keçirəcəkdir.
İstehsal olunan texnikanın qonşu ölkələrin bazarlarında da satılması nəzərdə tutulur. Layihə çərçivəsində, istehsal və yığım xəttinin istismara verilməsi, habelə müxtəlif kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələrin, komponentlərin və ləvazimatların da istehsalı aparılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti





















