Azərbaycan Çindən 26 milyon dollara 7 lokomotiv alır
Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır.Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çinin “CRRC Ziyang Co., Ltd” şirkətindən 7 ədəd yeni lokomotiv və ehtiyat hissələri əldə edəcək.
Bu barədə Marja-ya "Azərbaycan Dəmir Yolları”ndan bildirilib.
Qeyd edilib ki, lokomotivlərin və ehtiyat hissələrinin alınması ilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb. Sazişin ümumi dəyəri 26 milyon ABŞ dolları təşkil edir.
Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchiz olunmuş və yüksək texniki göstəricilərə malik müasir AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlılığı ilə seçilir.
AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivdən xüsusi emissiya tələbləri olan ərazilərdə istifadə etməyə imkan verir.
Lokomotivlərin xüsusən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmət etmək məqsədilə istifadəsi nəzərdə tutulur.
Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə ciddi önəm verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb






.jpg)








.jpg)





