“AFB Bank”da daha bir yeni təyinat
Pərviz Qasımov “AFB Bank”ın İdarə Heyətinin Müşaviri təyin edildib.
Bu barədə Marja.az-a Bankdan bildirilib.
Qeyd edilib ki, O, 2001-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecində “Bank işi” ixtisası üzrə, 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə təhsilini tamamlamışdır.
2007-ci ildən bank sektorunda fəaliyyət göstərən Pərviz Qasımov, bank məhsullarının yaradılması, inkişafı, satışların təşkili və müştəri loyallıq proqramlarının qurulması sahələrində geniş təcrübəyə malikdir. O, “Bank of Baku” ASC-də mütəxəssis kimi başladığı karyerasında uğurla irəliləyərək Məhsul və müştəri idarəetməsi departamentinin direktoru səviyyəsinə qədər yüksəlmiş, bu müddət ərzində məhsul və proseslərin idarə edilməsi ilə bağlı müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
Ardınca “Kapital Bank” ASC-də Pərakəndə satış departamentinin Rəqəmsal satışlar şöbəsinin rəisi, “ABB Bank”da isə Pərakəndə seqment sahəsinin baş məhsulu sahibi və məhsul rəhbəri vəzifələrində fəaliyyət göstərmişdir.
“AFB Bank” ASC, Pərviz Qasımovun yeni vəzifəsində bankın strateji hədəflərinə çatmasına və inkişafına mühüm töhfə verəcəyinə inanır.
Həmçinin oxu
AFB Bank-da yeni təyinatMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)





