Necə ola bilər ki, telefon pullarınıza nəzarət etsin?
Siz heç pullarınızı necə xərclədiyiniz haqqında düşünmüsünüzmü? Bunun üçün nə qədər alət və mərhələli prosedurlardan istifadə edirsiniz? Nağd pul, bank kartları, banklar, ödəniş terminalları... bunu daha da asanlaşdırmaq olmazmı? Olar!
Bütün bu uzun əməliyyatlara, harasa getməyə, hələ üstəlik buna vaxt sərf etməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə bir telefon lazımdır, bir də AccessBank-ın myAccess mobil əlavəsi.
İndi düşünürsünüz ki, bu əlavə sizə nə verir? Nəyə görə mobayl-bankinq pullarınıza nəzarət və onların idarə edilməsinə keyfiyyətcə yeni yanaşma hesab olunur?
İlk öncə gəlin adi vətəndaşa daha çox hansı pul əməliyyatlarını aparmaq lazım olduğunu müəyyənləşdirək.
Pulların mədaxili. Əlbəttə ki, pulları xərcləməzdən öncə, ilk növbədə, onları əldə etmək lazımdır. Söhbət əmək haqqı və ya hər hansı digər gəlirdən gedir. Telefonunuza myAccess yükləməklə, əmək haqqının karta "oturub-oturmadığını" öyrənmək üçün artıq onun balansını terminallarda yoxlamağa ehtiyac qalmayacaq. Əlavəni açıb hesabın vəziyyətinə nəzər salmaq kifayətdir (saatda bir neçə dəfə belə - əsas odur ki, bunu kart və terminallardan asılı vəziyyətdə olmadan öz evinizdə edirsiniz).
Vəsaitlərlə bağlı növbəti əməliyyata keçməzdən əvvəl ən mühüm məqamı qeyd etmək lazımdır – myAccess-lə hər hansı əməliyyatlar aparmaq üçün AccessBank-da cari hesabınızın olması vacibdir. Axı, razılaşın ki, pulları idarə etmək üçün onları haradasa saxlamaq lazımdır. Hesabı həm milli, həm də xarici valyuta ilə açmaq olar, bu da danılmaz üstünlükdür, axı bu, növbəti əməliyyatı birbaşa telefonda aparmağa imkan verir:
Valyuta mübadiləsi. İndi bankların saat neçəyə qədər işlədikləri, istirahət günləri açıq olub-olmadıqları barədə narahat olmaq lazım deyil - sadəcə milli valyutada olan hesabdakı pulu xarici valyutada olan hesaba (və ya əksinə) köçürmək kifayətdir. Bu cür iki hesaba sahib olmaqla siz günün istənilən vaxtı valyutanı dəyişə bilərsiniz - gecə saat üçdə belə! (bu barədə biz növbəti məqalələrdə daha ətraflı danışacayıq). Bundan başqa, bu funksiya sayəsində xaricə gedərkən özünüzlə nağd pul götürməyə artıq ehtiyac olmayacaq.
Pulların hesabdan hesaba köçürülməsi. Pulu kiminsə hesabına göndərmək də olar - istər ölkə daxilində, istərsə də xaricə. Bu xüsusilə dostunuzun və ya yaxınınızın xaricdə axşam saat 6-dan sonra və ya istirahət günləri pulunun bitdiyi hallarda aktualdır (bu barədə həmçinin bizim növbəti məqalələrimizi də oxuyun).
Bu funksiya şirkətlər üçün də çox aktualdır. Axı hər ay şirkət bütün əməkdaşlara əmək haqqını köçürməlidir. MyAccess-də bu prosesi avtomatlaşdırmaq olar, və siz prosesi ləğv etməyincə proqram hər ay hər şeyi sizin yerinizə yerinə yetirəcək.
Bundan əlavə, əgər həm qəbul edənin, həm də göndərənin AccessBank-da hesabları varsa, hesabdan hesaba aparılan bütün köçürmələr tamamilə PULSUZ həyata keçiriləcək.
Bütün tranzaksiyalar üzrə hesabatın aparılması. Etiraf edin, hesabdan çıxarış almaq üçün banka gedib öz növbənizi gözləyirsiniz? Axı bu, keçmişdə qaldı! MyAccess-də siz bütün tranzaksiyaların tarixçəsini daim görə, köçürmələrin vəziyyətini, eləcə də hesabınızla aparılan istənilən əməliyyatları izləyə bilərsiniz. İstəsəniz, SMS-bildiriş funksiyasını da aktiv edə bilərsiniz.
Kreditin myAccess vasitəsilə ödənilməsi bir neçə saniyə ərzində həyata keçirilir.
Beləliklə, əgər biz bu gün hər şeydə komforta (onlayn şopinq-dən tutmuş telefondakı səsli axtarışa qədər) can atırıqsa, nəyə görə öz pul vəsaitlərimizin idarə olunmasının rahatlığı barədə düşünməyək? Axı myAccess bunun üçün bütün imkanları təqdim edir!
myAccess-in imkanlarını əlavə olunan videodan izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq






















