Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün Böyük Britaniyada İstehlak Qiymətləri İndeksinin dərc olunması ərəfəsində funt sterlinq dollar qarşısında bahalaşmağa davam edir.
Belə ki, GBPUSD valyuta cütlüyü ötən gün 1.33340 səviyyəsini aşağıya doğru test etdikdən sonra bahalaşmağa başlayıb və 1.34350 səviyyəsinə qədər yüksəlib. Eyni dövr ərzində EUR/USD cütlüyü 1.12230 həddindən 1.13390 həddinə kimi bahalaşıb. USD/JPY cütlüyü isə ucuzlaşmağa davam edir. Məzənnə 143.640 səviyyəsinə qədər geriləyib.
Qızılın dəyəri artır. Qiymətli metal 3205$-dan 3314$-a qədər bahalaşıb. “Brent” markalı neftin bir bareli isə dünən beynəlxalq birjalarda 64.30$-a ticarət olunurdu, bugün isə artıq 65.95$-a təklif olunur. “Bitcoin” tarixi rekord həddini yeniləməyə yaxındır. Dünyada ən böyük kapitallaşmaya malik kriptovalyutanın qiyməti 107500$-ın üzərindədir.
Çərşənbə günü Yaponiyada açıqlanan məlumatlara əsasən, aprel ayında ölkədə Ticarət Saldosunun kəsiri 115.8 milyard yapon yeni təşkil edib. Yaponiyanın illik ifadədə idxalı 2.2% azalıb, ixracı isə 2% artıb. Eləcə də, Yeni Zelandiyanın Ticarət Saldosu aylıq ifadədə 1.426 milyon Yeni Zelandiya dollarına qədər yüksəlib.
Bazar ertəsi axşam ABŞ prezidenti Donald Trampla keçirilmiş telefon danışığının yekunlarına dair Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, Rusiya Ukrayna ilə mümkün sülh sazişinin gələcəkdə imzalanmasına dair memorandum üzərində işləməyə hazırdır. Bu sənəd müəyyən müddətə atəşkəsin mümkünlüyünü də əhatə edə bilər. Tramp isə “Truth Social” sosial şəbəkəsində yazıb ki, Rusiya və Ukrayna tərəfləri vəziyyətin nizamlanması üzrə danışıqlar prosesinə dərhal başlayacaqlar.
Ötən gün Avstraliya Ehtiyatlar Bankı (RBA) uçot faiz dərəcəsini 3.85%-ə qədər endirib. Almaniyada isə İstehlak Qiymətləri İndeksinin 0.3% azalacağı ehtimal olunsa da, göstərici 0.6% zəifləyib. Həmçinin, Kanadada İstehlak Qiymətləri İndeksi (CPI) aprel ayında illik ifadədə 1.7% artıb. Bununla yanaşı, aylıq ifadədə CPI apreldə 0.1% azalıb, halbuki, mart ayında bu göstərici 0.3% artmışdı. Baza inflyasiya (Core CPI) ötən ay illik ifadədə 2.5%, aylıq ifadədə isə 0.5% təşkil edib.
Bugün Birləşmiş Krallıqda inflyasiyaya dair göstəricilərdən əlavə investorlar ABŞ-da dərc olunacaq kommersiya məqsədli neft ehtiyatlarına dair məlumatları və Avrozonada maliyyə dayanıqlığı hesabatını maraqla izləyəcəklər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 2 gün sonra
-
- 1 gün sonra
-
15 d. əvvəl
"Qeyri-neft-qaz gəlirlərində artım neft-qaz gəlirlərində artımı üstələyib"
-
19 d. əvvəl
Birbank-dan onlayn nağd kredit alan hər 100-cü müştəriyə 100 bonus hədiyyə
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şəmkirdə dəmir zavodu tikiləcək - İlkin müzakirələr aparılıb
-
2 saat əvvəl
Azərbaycan şirkəti yeni qızıl sikkə kolleksiyasını təqdim edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi”nin növbəti buraxılışı uğurla başa çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin əməkdaşlığı ilə “Yaşıl artım portalı”nın yeni versiyası yaradılıb
Şəmkirdə dəmir zavodu tikiləcək - İlkin müzakirələr aparılıb
Azərbaycan şirkəti yeni qızıl sikkə kolleksiyasını təqdim edib
Ən çox oxunanlar
m10-nu idarə edən şirkətə əlavə maya qoyulub
“Mələk İnvestorlar Məktəbi”nin növbəti buraxılışı uğurla başa çatıb
Rəsmi məzənnələr açıqlandı
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri barədə ilkin məlumatlar
Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb
Noyabrın 12-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!










.jpg)



.jpg)


