Shell: Hörmüz boğazının bağlanması qlobal ticarəti sarsıdacaq
Shell-in baş direktoru Wael Sawan bildirib ki, Hörmüz boğazı bağlanarsa, bu, qlobal ticarətə böyük təsir göstərəcək.
Dünyanın ən böyük neft və qaz şirkətlərindən biri olan Shell-in baş direktoru Wael Sawan (Vael Savan) Yaponiyada keçirilən Enerji Sammitində “Hörmüz boğazı hər hansı səbəbdən bağlanarsa, bu, qlobal ticarətə böyük təsir göstərəcək” deyib.
Sawan, Shell-in vəziyyətin pisləşəcəyi təqdirdə planlarının olduğunu bildirib.
İsrail və İran arasındakı münaqişə ABŞ-ın işə qarışması ehtimalı ilə bazarların diqqət mərkəzinə çevrilib. İndiyədək münaqişə neft qiymətlərində dəyişkənliyə səbəb olub. Bununla belə, bazarlarda yüksək həyəcanlı vəziyyət var.
Bəzi gəmilərdə son günlər siqnal müdaxiləsi yaşanır. "Hazırda xüsusilə çətin olan siqnal müdaxilələridir" deyən Sawan Shell-in Yaxın Şərqdə daşınmalarda çox diqqətli olduğunu əlavə edib.
Məsələ ilə bağlı məlumatlı mənbələrə görə, ABŞ İrana mümkün hücum üçün infrastruktur hazırlıqlarını görür, lakin vəziyyət aydın deyil.
RBC Capital Markets-in analitiki Helima Croft deyib ki, "İran liderləri təhlükə hiss edərlərsə, enerji təchizatı üçün risklər arta bilər".
"ABŞ-ın münaqişədə birbaşa iştirakı bölgədəki tankerlərə və mühüm infrastruktura birbaşa hücumlara səbəb ola bilər",- Croft deyib.
Brent markalı neft bu gün 1,4 faiz bahalaşaraq barreli 77,80 dollara yüksələrək, İsrailin İrana hücumlarının başladığı gün - iyunun 13-də gördüyü 78,5 dollara yaxınlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
53 d. əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
59 d. əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
1 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
1 saat əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
1 saat əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
3 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
Son Xəbərlər

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
