Xarici diplomatlar üçün sıfır ƏDV qaydası dəyişdi
Artıq ödənilmiş verginin qaytarılması üçün müəyyən edilən müddət iki dəfə azaldılıb
Nazirlər Kabineti “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda dəyişikliklər edib.
Bu Qaydalar xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması qaydalarını müəyyən edir.
Bu Qaydalar Azərbaycanda akkreditə edilmiş və artıq ödənilmiş əlavə dəyər vergisinin geri alınması məqsədləri üçün vergi orqanlarında qeydiyyata alınmış xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinə, o cümlədən onlarla yaşayan ailə üzvlərinə aid edilir. Qaydalar xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin Azərbaycan vətəndaşı olan işçilərinə, o cümlədən onlarla yaşayan ailə üzvlərinə şamil edilmir.
Qaydaya əsasən indiyə qədər malların və xidmətlərin satışı zamanı satışı həyata keçirən vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisinin dərəcəsi göstərilməklə (0 və ya 18%) elektron vergi hesab-fakturaları təqdim edilməli, eyni zamanda malların və xidmətlərin pərakəndə satışı zamanı vergi ödəyiciləri tərəfindən kassa çekləri, həmçinin tələb edildikdə elektron vergi hesab-fakturaları da verilməli idi. Dəyişikliyə malların və xidmətlərin pərakəndə satışı zamanı vergi ödəyiciləri tərəfindən alıcıların tələbinə əsasən onlara nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura verilməlidir. Malların alınmasını təsdiq edən sənədlər elektron vergi hesab-fakturaları və ya elektron qaimə-fakturalar olduqda, onlar barədə məlumatlar tam əks etdirilir, lakin həmin elektron vergi hesab-fakturaları və ya electron qaimə-fakturaların əslinin kağız daşıyıcısında ərizəyə əlavə edilməsi tələb edilmir.
İndiyə qədər artıq ödənilmiş vergilərin qaytarılması üçün vergi orqanı tərəfindən ərizənin daxil olduğu tarixdən 25 gün müddətində təqdim edilmiş sənədlərə baxılıb və artıq ödənilmiş əlavə dəyər vergisinin qaytarılması 5 nüsxədə rəy hazırlanıb. Dəyişikliyə əsasən artıq vergi orqanları artıq ödənilmiş verginin qaytarılması ilə bağlı xarici diplomatların və ailə üzvlərinin ərizələrinə 25 deyil, 12 gün ərzində baxmalıdırlar. Əgər indiyə qədər artıq ödənilmiş vergilər 45 gün ərzində qaytarılmalı idisə, bu müddət
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 27 d. əvvəl
-
30 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
-
3 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























