Cəbrayılda transformator istehsalı müəssisəsi yaradılacaq - SƏNAYE PARKINDA YENİ ƏRƏB ŞİRKƏTİ
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti tərəfindən transformator istehsalı layihəsi həyata keçiriləcək.Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib.
Marja xəbər verir ki, yeni rezident tərəfindən Sənaye Parkının 2 hektar ərazisində transformator istehsalı müəssisəsi yaradılacaq.
Müasir avadanlıqlardan istifadə ediləcək müəssisədə il ərzində 3 min ədəd transformator istehsalı nəzərdə tutulur.
Layihənin investisiya dəyəri 17 milyon manata yaxındır.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
20 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
1 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır























