Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
2025-ci ilin iyul ayının üçüncü həftəsi qlobal maliyyə bazarları üçün yüksək volatillik və mühüm hadisələrlə yadda qalıb. ABŞ tarif gərginlikləri, Çin iqtisadi zəifləmə siqnalları, Avropa və İngiltərə inflyasiya məlumatları, eləcə də kriptovalyuta bazarındakı yeni rekordlar investorların diqqətində olub.
ABŞ tarif gərginliyi davam edir
ABŞ prezidenti Donald Tramp Kanadaya 35%, Braziliyaya 50% və BRICS ölkələrinə 10% əlavə idxal tarifləri tətbiq edəcəyini rəsmən təsdiqlədi. Tariflər avqust ayından qüvvəyə minəcək. Bu qərar dolların dəyərini artırdı, xammal bazarlarında satış təzyiqini gücləndirdi və qlobal ticarət risklərini yenidən gündəmə gətirdi.
Böyük Britaniyanın inflyasiya göstəriciləri
İngiltərədə açıqlanan məlumatlara əsasən, illik inflyasiya göstəricisi 2.1% səviyyəsindən 2%-ə qədər gerilədi. Qiymət artımındakı yavaşlama funt sterlinqə təzyiq göstərdi və bazarlarda İngiltərə Bankının (BoE) faiz qərarları ilə bağlı yumşaq mövqeyə yönələcəyi proqnolarını artırdı.
Çində iqtisadi artımı
Çinin ikinci rüb üzrə ÜDM göstəricisi illik 4.7% artım nümayiş etdirdi. Analitiklər 4.8% artım proqnozlaşdırmışdılar. Sənaye istehsalı və pərakəndə satışlarda zəiflik investorların Asiya bazarlarında risk iştahını azaltdı. Xammal qiymətləri yüngül enişlərlə reaksiyalar verdi.
Avropa İttifaqının inflyasiya rəqəmləri
Avrozona inflyasiya göstəriciləri illik əsasda 2.5% səviyyəsində sabit qaldı. Baza inflyasiya isə 2.8% təşkil etdi. Bu nəticələr Avropa Mərkəzi Bankının (ECB) gələcək faiz endirimləri ilə bağlı ehtiyatlı davranacağını göstərdi.
FED rəhbərlərinin çıxışları
FED rəsmiləri müxtəlif forumlarda çıxış edərək ABŞ iqtisadiyyatının sabit artımını vurğuladılar. Lakin tənzimləyici qurum nümayəndələri inflyasiyanın hələ də hədəf səviyyəyə tam yaxınlaşmaması səbəbindən faiz endirimi qərarlarının daha çox iqtisadi göstəricilər yönümlü olacağının mesajını verdilər. Bu çıxışlar dollar indeksini güclü saxladı.
Cari həftə Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı verəcəyi qərar bütün bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Analitiklər tənzimləyici qurumun göstəricini 2.15% səviyyəsində saxlayacağını proqnoz edirlər.
Həmçinin, Yaponiyada, Almaniyada, Avrozonada, İngiltərədə və Amerikada dərc olunacaq sənaye və xidmət sektorlarında, eləcə də, kompozit Biznes Aktivliyi İndeksləri, əlavə olaraq, Yeni Zelandiyada və Yaponiyada yayımlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) kimi önəmli iqtisadi statistik rəqəmlər birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər.
Cari həftə Federal Ehtiyatlar Sisteminin (FED), Avropa Mərkəzi Bankının (ECB) və İngiltərə Bankının (BoE) sədrlərinin çıxışları, həmçinin, Almaniyada açıqlacaq İstehlakçı İnam İndeksi, Böyük Britaniyada dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Amerikada açıqlanacaq Təkrar Mənzil Bazarında Satışların Həcmi, Yeni Mənzil Satışlarının Həcmi göstəriciləri də investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdəndir.
EUR
Ötən həftəni 1.16200 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftə bir qədər artımla başlayıb.
Hazırda 1.16380 həddində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.16150 həddinin altına qaytara bilsələr, eniş tendensiyası davam edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada və Avrozonada açıqlanacaq PMI məlumatları və Almaniyada dərc olunacaq İstehlakçı İnam İndeksi və Biznes Mühiti İndeksi, eləcə də, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın baş tutacaq çıxışında verə biləcəyi açıqlamalar avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftəni 1.34050 səviyyəsində tamamlayan GBPUSD valyuta cütlüyü yeni həftəyə artımla başlayıb. Lakin, hazırda 1.34330 səviyyəsində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.34$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
Bu həftənin İngiltərədə dərc olunacaq PMI və Pərakəndə Satış Dövriyyəsinin Həcmi məlumatları, eləcə də, İngiltərənin mərkəzi bank sədrinin baş tutacaq çıxışları funt-sterlinqin dünya bazarlarındakı qiymətinə ciddi təsir edə bilər.
XAU/USD
Ötən həftəni 3350$-da başa vuran dəyərli metal yeni həftəyə də artımla başlayıb və 3370$-a kimi bahalaşıb.
Bitcoin
Keçən həftə 123280$ həddinə qədər bahalaşan “Bitcoin” yeni tarixi rekord həddi müəyyən edib. Cari həftəyə isə kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası artımla başlayıb və 116500$-dan 119400$-a qədər yüksəlib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
2 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var






















