Azərbaycana turist axını azaldı
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana 1,1 faiz az olmaqla 1 milyon 217,4 min nəfər əcnəbi gəlib. İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan 1,8 dəfə, Çindən 1,6 dəfə artıb.Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 217,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 25,8 faizi Rusiya Federasiyası, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, hər birindən 1,9 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 44,3 faiz, Qırğızıstandan - 40,5 faiz, İordaniyadan - 20,7 faiz, Niderlanddan - 19,1 faiz, Qazaxıstandan - 18,3 faiz, ABŞ-dan - 17,7 faiz, Pakistandan - 16,7 faiz, Kanadadan - 16,0 faiz, İtaliyadan - 13,2 faiz, Cənubi Koreyadan - 13,0 faiz, Almaniyadan - 11,1 faiz, Özbəkistandan - 10,3 faiz artmışdır.
2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4 faiz artaraq 49,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,0 faiz azalaraq 186,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,3 faiz azalaraq 422,9 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 5,8 faiz artaraq 558,8 min nəfər təşkil etmişdir.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74,3 faizi hava, 24,3 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,7 faiz azalaraq 988,2 min nəfər olmuşdur.
İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 14,2 faiz, Gürcüstana gedənlərin sayı 25,3 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 24,6 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 38,1 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi Gürcüstana, 10,0 faizi İrana, 24,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,0 faizini kişilər, 34,0 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















