"Prime Cotton"dan Azərbaycanda bir ilk - Pima pambıqdan bazarda 3 dəfə yüksək qiymətə satılan iplik istehsal etdi
Tekstil sənayesində yeni mərhələ! "Prime Cotton" Azərbaycanda ilk dəfə Pima pambıqdan 60/1 və 80/1 iplik istehsal etdi. GiLTEX şirkəti məhz bu iplikdən parça toxuyaraq, Luma Home Textile adlı yeni premium ev tekstili brendini bazara çıxarıb. Pima mahlıcından istehsal etdiyimiz ipliklər bazarda hazırda üç dəfəyə qədər daha yüksək qiymətə satılır.Pambıqçılıq və tekstil sahəsində ölkəmizin aparıcı şirkətlərindən olan "Prime Cotton" MMC, daha bir yeniliyə imza ataraq Azərbaycanda ilk dəfə Pima pambıq mahlıcından 60/1 və 80/1 ölçülü iplik istehsalını uğurla reallaşdırıb. Şirkət bu uğura uzunmüddətli planlı fəaliyyətin nəticəsi olaraq nail olub.
Marja.az xəbər verir ki, dörd il əvvəl ölkədə Pima sortu pambığın yetişdirilməsinə başlayan "Prime Cotton", ötən mövsüm bu yüksək keyfiyyətli növdən 17 hektarlıq ərazidə əkin apararaq, əldə edilən məhsulu Mingəçevir Tekstil Fabrikində iplik istehsalına yönəldib. Yaradılan iplik məhsulları həm incə strukturu, həm də yüngül toxuması ilə diqqət çəkir.
Qeyd etmək lazımdır ki, iplik ölçülərində birinci rəqəm böyüdükcə məhsul daha nazik olur. Məsələn, 80/1 iplik 60/1 ilə müqayisədə daha incə və yumşaqdır. Bu cür ipliklər əsasən lüks tekstil məhsullarında, o cümlədən yüksək keyfiyyətli yataq dəstləri və incə parçalı geyimlərin istehsalında istifadə edilir.
İstehsal olunan ipliklərdən ilkin mərhələdə 60/1 ölçülü olanı bazarda artıq tətbiq olunmağa başlayıb. "Prime Cotton" ilə bərabər "GP Cotton Holding"in tərkibində fəaliyyət göstərən GiLTEX şirkəti məhz bu iplikdən parça toxuyaraq, Luma Home Textile adlı yeni premium ev tekstili brendini bazara çıxarıb. Bu brendin məhsulları rahatlığı və estetik görünüşü ilə alıcıların diqqətini cəlb edib və qısa müddətdə bazarın yüksək qiymətləndirməsini qazanıb.
"Prime Cotton"un becərdiyi Pima pambığı, lif uzunluğu və elastikliyi baxımından dünya pambıq sortları arasında seçilən mövqeyə malikdir. Xüsusiyyətlərinə görə bu sort, beynəlxalq tekstil sənayesinin tanınmış xammalı olan Misirin Giza pambığı ilə müqayisə edilir. Hər iki növün lifləri uzun və incədir ki, bu da ipliyə və ondan hazırlanan parçaya həm parıltı, həm də yumşaqlıq və möhkəmlik verir. Bu səbəbdən də Pima pambığı lüks tekstil seqmentində geniş şəkildə istifadə olunur.

Mövzu ilə bağlı "Prime Cotton" MMC-nin Baş İcraçı Direktoru Rövşən Mahmudov bildirib:
"Pima sortunun Azərbaycanda becərilməsi və ondan yüksək keyfiyyətli iplik və parça istehsalı, şirkətimizin kənd təsərrüfatı və tekstil sənayesini birləşdirən dəyər zəncirini daha da gücləndirməsi baxımından strateji əhəmiyyət daşıyır. Əldə etdiyimiz nəticələr göstərir ki, Pima mahlıcından istehsal etdiyimiz ipliklər bazarda hazırda üç dəfəyə qədər daha yüksək qiymətə satılır. Bu isə Prime Cotton üçün yalnız keyfiyyət deyil, eyni zamanda yüksək əlavə dəyər və rentabellik deməkdir."
Gələcək planlara gəlincə, şirkət 2025-ci ildə Pima sortunun əkin sahəsini 300 hektara, 2028-ci ilə qədər isə 3 000 hektara çatdırmağı hədəfləyir. Məqsəd – bu nadir və keyfiyyətli pambıq növünü ölkə daxilində daha geniş yaymaq və sənaye üçün strateji əhəmiyyət daşıyan yerli xammal mənbəyinə çevirməkdir.
Keyfiyyətin daha da artırılması istiqamətində, "Prime Cotton" Pakistandan dəvət olunmuş peşəkar tekstil mütəxəssislərinin təcrübəsindən də faydalanır. Məlumdur ki, Pakistan dünyanın aparıcı pambıq istehsalçılarından və tekstil ixracatçılarından biri kimi bu sahədə zəngin təcrübəyə malikdir. Bu mütəxəssislər Prime Cotton-un yerli heyəti ilə birlikdə istehsal proseslərinin təkmilləşdirilməsi, texnoloji yeniliklərin tətbiqi və ixtisasartırma təlimlərinin keçirilməsi istiqamətində intensiv fəaliyyət göstərirlər.
Bu əməkdaşlıq, yerli istehsalın beynəlxalq standartlara uyğunlaşdırılması, ixrac potensialının genişləndirilməsi və Azərbaycan tekstilinin qlobal bazarda rəqabətə davamlı mövqeyə çıxarılması baxımından strateji əhəmiyyət kəsb edir.

Qeyd edək ki, "Prime Cotton" MMC — 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq cecəsi istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
3 d. əvvəl
Qadın sahibkarlar üçü “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
-
7 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
24 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Ən çox oxunanlar
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır























