Yuvam ilə eviniz və xatirələriniz qayğıkeş əllərdədir
Yuvam, Azərbaycanın ilk tamamilə rəqəmsal könüllü ev sığortası məhsuludur və artıq istifadədədir.(® Reklam) - İnnovativ və insanyönümlü yanaşma ilə hazırlanmış Yuvam, Azərbaycanın ilk tamamilə rəqəmsal könüllü ev sığortası məhsuludur və artıq istifadədədir. Müasir həyat tərzini və insanın öz evinə bağlılığını nəzərə alaraq hazırlanmış bu məhsul, istifadəçilərə tam onlayn şəkildə evini “Yuvam”ın qayğısına həvalə etmək fürsəti yaradır. İstifadəçi sadəcə bir neçə dəqiqə ərzində veb-sayt üzərindən qeydiyyatdan keçərək, ev sığortasını əldə edəcək.
Yuvam hər kəsə ehtiyacına uyğun seçim təqdim edir. Üç fərqli paket (Üzərlik, Gözmuncuğu, Nal) fərqli risk səviyyələrini və dəyən zərərin qarşılanması məbləğlərini əhatə etməklə, istənilən büdcəyə uyğundur.
Ənənəvi sığortadan fərqli olaraq, istifadəçilər ödənişlərini aylıq və ya illik abunə vasitəsilə həyata keçirirlər. Abunə bitdikdə avtomatik yenilənmə imkanı da mövcuddur.
“Yuvam”ın əsas üstünlüklərindən biri də hadisə baş verdikdə müraciət prosesinin də onlayn və asan şəkildə edilməsidir. Şəxsi kabinet üzərindən müraciət edən istifadəçilərə peşəkar komanda tam şəkildə yardımçı olur. (https://yuvam.az/az)
Yuvam, sığortanı gündəlik həyatın rahat bir hissəsinə çevirməyi və insanlara evlərini qorumağın nə qədər sadə və əlçatan olduğunu göstərməyi qarşısına məqsəd qoyur. Məhsulun bazara təqdimatı ilə yerli sığorta sektorunun rəqəmsallaşma istiqamətində daha da inkişaf etməsi və insanyönümlü məhsulların artmasına töhfədir.
Yuvam– PAŞA Sığorta şirkətinin innovativ brend məhsuludur. Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
28 d. əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
31 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
- 32 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
-
2 saat əvvəl
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
-
3 saat əvvəl
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!




















