Asiya İnkişaf Bankı Azərbaycanın da daxil olduğu regiona yeni rəhbər təyin edib
Asiya İnkişaf Bankı (ADB) Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.
Bu barədə Bankdan bildirilib.
O, ADB-nin Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollardan çox, o cümlədən nəqliyyat layihələri üçün 1,5 milyard ABŞ dolları, enerji layihələri üçün isə 1,7 milyard ABŞ dolları kredit ayırıb.
Bundan əlavə, ADB səhiyyə, kənd təsərrüfatı və maliyyə sektorlarında layihələri dəstəkləyir.
Hazırda bank Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını hazırlayır. Prioritet sahələrə “yaşıl” infrastrukturun maliyyələşdirilməsi, su ehtiyatlarının idarə edilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ixracın diversifikasiyası və “yaşıl” bacarıqların inkişafı daxildir.
Əvvəlki tərəfdaşlıq strategiyası 2019-2023-cü illəri əhatə edirdi.
ADB 1966-cı ildə yaradılıb və baş ofisi Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın tərkibinə 69 ölkə daxildir ki, onlardan 50-i Asiya-Sakit okean regionunda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBİBLƏRİ AÇIQLANIB
- 10 d. əvvəl
- 14 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)




.jpg)
