“Agro Dairy”də taxıl biçini mövsümü rekord göstəricilər ilə yekunlaşıb
“Agro Dairy” ölkədə ərzaqlıq buğda istehsalı üzrə yeni bir rekord müəyyənləşdirib.Ölkənin aparıcı aqrar sənaye şirkətlərindən olan “Agro Dairy” 2025-ci il üzrə taxıl biçini mövsümünün əsas mərhələsini yüksək nəticələrlə yekunlaşdırdığını elan edib.
Cari mövsümdə şirkətin bitkiçilik təsərrüfatı məhsuldarlıq və keyfiyyət göstəriciləri baxımından fəaliyyət tarixinin ən yüksək nəticələrinə imza atıb. Belə ki, 55 min tondan artıq yerli buğdanın emalı ilə “Agro Dairy” ölkədə ərzaqlıq buğda istehsalı üzrə yeni bir rekord müəyyənləşdirib.
Məlumat üçün qeyd edək ki, cari ildə “Agro Dairy” şirkətinin təsərrüfat sahələridən bugünədək ümumilikdə 82.3 min ton yüksək keyfiyyətli buğda və arpa istehsal olunub ki, bu həcmin də əsas hissəsi Hacıqabul və Tovuz təsərrüfatlarının payına düşür.
Məhsuldarlıq göstəriciləri xüsusilə pivot suvarma texnologiyasının tətbiq olunduğu sahələrdə yüksək nəticələrlə fərqlənib. Hacıqabul təsərrüfatında 497 hektar ərazidə buğda üzrə məhsuldarlıq 7.8 ton/ha səviyyəsinə çatıb. Bu da öz növbəsində, region üzrə ən yüksək nəticələrdən biri hesab olunur. Tovuz təsərrüfatında isə 1649 hektar sahədə 7.5 ton/ha məhsuldarlıqla yeni regional rekord müəyyən edilib.
Şirkətin baş icraçı direktoru Niyazi Əmirbəyov qeyd edib ki, yüksək göstəricilər “Agro Dairy”nin 10 ildən artıq müddətdə həyata keçirdiyi məqsədyönlü strategiyanın, peşəkar idarəetmənin və sistemli fəaliyyətinin nəticəsidir:
“Bu nailiyyətlər şirkətin inkişaf yolunun başlanğıcıdır və əldə olunan nəticələrdə dövlətin aqrar sahəyə verdiyi dəstəyin, xüsusilə də ərzaqlıq buğda proqramı çərçivəsində tətbiq olunan məhsul subsidiyalarının mühüm rolu var. Sözügedən subsidiyalar fermerləri və iri təsərrüfatları müasir aqrotexniki yanaşmaları tətbiq etməyə, yüksək reproduksiyalı toxumlarla məhsuldarlığı artırmağa və keyfiyyətli ərzaqlıq buğda istehsalına təşviq edir. Bu mexanizmlər sayəsində “Agro Dairy” həm istehsal imkanlarını genişləndirə, həm də ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə strateji töhfə verə bilib.”
Qarabağ bölgəsindəki dəmyə əkin sahələrində bu il ilk dəfə olaraq əhəmiyyətli nailiyyətlər müşahidə olunub. Ümumilikdə buğda və arpa sahələrindən 18 min tondan artıq məhsul tədarük edilib ki, bu da bölgə üçün parlaq nəticə kimi qiymətləndirilir.
Statistik rəqəmlər şirkətin geniş əkin sahələrində indiyədək əldə etdiyi ən yüksək məhsuldarlıq səviyyəsini əks etdirməklə, “Agro Dairy”nin tarixində həyata keçirilmiş ən uğurlu biçin kampaniyası kimi yadda qalıb.
Qeyd edək ki, şirkətin təsərrüfatlarında dövlət dəstəyi ilə müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində işlər ardıcıl və sistemli şəkildə davam etdirilir. Pivot, damcılı və çiləmə sistemləri su resurslarının düzgün idarə olunmasına və məhsuldarlığın artmasına şərait yaradır. Cari ildə yalnız pivot suvarma ilə əhatə olunmuş 10.317 hektar sahədən 69.054 ton məhsul istehsal edilməsi bu yanaşmanın real təsir gücünü təsdiqləyir.
“Agro Dairy”nin bitkiçilik üzrə icraçı direktoru Ramil Məmmədovun sözlərinə görə, mövsüm ərzində qeydə alınan məhsuldarlıq göstəriciləri müasir aqrotexniki yanaşmaların və suvarma texnologiyalarının effektivliyini aydın şəkildə nümayiş etdirir və şirkət bu modeli daha geniş əkin sahələrinə tətbiq etməyi hədəfləyir.
Dörd əsas biznes istiqaməti üzrə fəaliyyət göstərən “Agro Dairy” şirkəti 14 ixtisaslaşmış müəssisəni birləşdirən və “torpaqdan süfrəyə” qədər bütün dəyər zəncirini əhatə edən inteqrasiya olunmuş modeli ilə ölkədə ərzaq təhlükəsizliyinə və aqrar sahənin davamlı inkişafına strateji töhfə verir. Sertifikatlı toxum, keyfiyyətli məhsul və yüksək məhsuldarlıq prinsipləri ilə tanınan şirkət fermerlərin etibarlı tərəfdaşı və bazarın aparıcı iştirakçılarından biri kimi tanınır.
Ətraflı məlumat üçün: agrodairy.az
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















