Yaponiya iqtisadiyyatı ikinci rübdə gözləniləndən güclü artıb
2025-ci ilin ikinci rübünə aid açıqlanan rəsmi göstəricilər Yaponiya iqtisadiyyatının bazar gözləntilərini aşaraq güclü artım göstərdiyini ortaya qoyub. Artıma, ABŞ tərəfindən tətbiq ediləcək gömrük rüsumlarından əvvəlki ixracat həcminin artımı böyük töhfə verib. Bu vəziyyət, Yaponiya Mərkəzi Bankının (BOJ) mümkün faiz artımı üçün bəzi şərtlərin formalaşmasına imkan yaradıb.
Marja xəbər verir ki, rəsmi məlumatlara görə, ölkənin ümumi daxili məhsulu (ÜDM) ikinci rübdə illik müqayisədə 1% artıb. Bu göstərici, bazarın orta gözləntisi olan 0,4%-dən yüksəkdir. Əvvəlki rübdə 0,2% azalma göstərən ÜDM isə reviziyaya görə 0,6% artıb. Beləliklə, Yaponiya ardıcıl beşinci rüb iqtisadi artım əldə edib.
İxracatın davamlılığı sual altındadır
ÜDM artımı - ixracatdakı müvəqqəti canlanma və sərmayə xərclərindəki güclü bərpanın dəstəyi ilə reallaşıb. Reuters-in sorğusuna görə, ikinci rübdə sərmayələr 0,5% artım gözləntisinə qarşı 1,3% artıb. Xalis xarici tələb isə ikinci rübün artımına 0,3 faiz bəndi töhfə verərək əvvəlki rübdəki 0,8 faiz bəndlik mənfi təsiri kompensasiya edib.
Lakin iqtisadçılar ixracatdakı bu artımın uzunmüddətli olmayacağını bildirirlər. Shinkin Mərkəzi Bank Araşdırma İnstitutundan baş iqtisadçı Takumi Tsunoda, apreldən iyuna qədərki güclü ixracın ABŞ tariflərindən əvvəl həyata keçirilən avtomobil göndərişləri və Asiyalı istehsalçılardan gələn təcili sifarişlərdən qaynaqlandığını qeyd edib. Tsunoda bu tip müvəqqəti artımların uzun müddət davam etməyəcəyini vurğulayıb.
İstehlak və əmək haqqı göstəriciləri BOJ-un "radarındadır"
Xüsusi istehlak göstəriciləri əvvəlki rüb performansını qoruyaraq 0,2% artıb. Bu, bazar gözləntisi olan 0,1%-dən yüksəkdir. Daxili istehlak Yaponiya Mərkəzi Bankı üçün qiymət sabitliyi və faiz siyasəti baxımından kritik əhəmiyyət daşıyır. BOJ xüsusilə istehlak xərclərini və əmək haqqı tendensiyalarını yaxından izləyərək siyasət dəyişikliklərini bu göstəricilər əsasında formalaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
-
-
25 d. əvvəl
Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
3 saat əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
Biznesiniz üçün QISA NÖMRƏ alın
Noyabrın 19-da gözlənilən hava şəraiti
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
5 bankda 9 aylıq xalis mənfəət 40 milyon manatdan çoxdur
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb













.jpg)






.jpg)



