Avropada BYD, Tesla-nı ötüb
Avropada avtomobil satışları iyul ayında da artım göstərib. Çinin avtomobil istehsalçısı BYD, ABŞ-ın elektrikli avtomobil markası Tesla-nı pazar payı üzrə geridə qoyub.
Marja xəbər verir ki, İyul ayında BYD-nin pazar payı 1,2%-ə yüksəlib, Tesla-nın pazar payı 0,8%-ə geriləyib.
Avropada avtomobil satışları iyul ayında 5,9% artarkən, BYD-nin pazar payındakı yüksəliş diqqət çəkib. Almaniyada satışlarda artım qeydə alınsa da, İngiltərə, Fransa və İtaliyada azalma müşahidə olunub.
Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatına görə, Avropa Birliyi, Avropa Azad Ticarət Birliyi (EFTA) və İngiltərədə yeni avtomobil satışları iyulda 1,09 milyon ədədə çatıb.
Elektrikli avtomobillərin satışları artarkən, satışları 40,2% azalan Tesla ardıcıl yeddinci ayda da pazar payını itirib. Şirkətin Çindən olan rəqibi BYD, ABŞ-ın avtomobil istehsalçısını geridə qoyub.
İlk dəfə aylıq satış hesabatına daxil edilən BYD-nin satışları 290% artıb və şirkətin bazar payı iyulda 1,2% təşkil edib. Tesla-nın pazar payı isə keçən ilki 1,4%-dən 0,8%-ə düşüb.
2025-ci ilin yanvar-iyul dövründə Avropada 84 min 416 ədəd BYD modeli satılıb (ötən ilin eyni dövründə 21 min 612 ədəd satılmışdı).
Volkswagen-in satışları keçən ilə nisbətən 11,6%, Renault-nun satışları 8,8% artarkən, Stellantis-in satışları 1,1% azalıb.
AB-də Elektrikli Avtomobil Satışlarında Artım Trendi
Yalnız Avropa Birliyində ümumi avtomobil satışları 7,4% artıb. Tam elektrikli avtomobil satışları 39,1%, hibrid satışları (HEV) 56,9%, şarj edilə bilən hibrid (PHEV) satışları isə 14,3% yüksəlib.
ACEA-nın məlumatına görə, hibrid və elektrikli avtomobillər iyun ayında Avropadakı minik avtomobil satışlarının 59,8%-ni təşkil edib, bu göstərici keçən ilin eyni dövründə 51,1% olub.
Volkswagen kimi Avropalı avtomobil istehsalçıları Çinli şirkətlərlə rəqabət apararkən, Avropada elektrikli avtomobillərin satışını təşviq edən qaydalara uyğun fəaliyyət göstərərək yeni gəlir imkanları yaratmaq üçün çalışırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















