Qeyri-neft sektoru üzrə ixrac: Qızıl 1-ci, pomidor 2-ci, pambıq 3-cü yerdə qərarlaşıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın avqust sayını təqdim edib.
Marja.az xəbər verir ki, İcmala əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%, meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesi məhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%, pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞ dolları və ya 8,8% artıb.
Cari ilin yeddi ayında aqrar məhsulların ixracı 27,9% artaraq 551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 7,3% artaraq 178,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,1% artaraq 730,2 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (178,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (156,9 milyon ABŞ dolları) ikinci, pambıq lifi (108,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (48,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (33,9 milyon ABŞ dolları) ikinci, daş kömür qatranının yüksək temperaturlu qovulmanın təmizlənməmiş digər yüngül yağları və məhsulları (13,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin yeddi ayında Rusiya Federasiyasına 716,6 milyon ABŞ dolları, Türkiyəyə 339,7 milyon ABŞ dolları, İsveçrəyə 186,6 milyon ABŞ dolları, Gürcüstana 183,4 milyon ABŞ dolları, Ukraynaya isə 109,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin iyul ayında Rusiya Federasiyasına 130,6 milyon ABŞ dolları, Türkiyəyə 52,5 milyon ABŞ dolları, İsveçrəyə 34,3 milyon ABŞ dolları, Gürcüstana 28,7 milyon ABŞ dolları, Ukraynaya isə 14,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
11 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
11 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























