"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
“Goldman Sachs Group Inc.” bildirib ki, FED-in müstəqilliyi zərbə alsa və investorlar ABŞ Xəzinə istiqrazlarında saxladıqları vəsaitin kiçik bir hissəsini belə qızıla yönəltsələr, qızılın qiyməti bir unsiya üçün təxminən 5000 dollara yüksələ bilər. Ssenariyə görə, FED-in müstəqilliyi zəifləsə, inflyasiya artacaq, səhmlərin və uzunmüddətli istiqrazların qiyməti düşəcək, dolların ehtiyat valyuta statusu isə zəifləyəcək
ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəi Bankı) müstəqilliyi itirilərsə və investorlar yığımlarının heç olmasa kiçik bir hissəsini ABŞ xəzinə istiqrazlarından qızıla yönləndirərlərsə, qızılın qiyməti bir troya unsiyası üçün demək olar 5000 dollara qədər yüksələ bilər.
Marja.az xəbər verir ki, bunu “Goldman Sachs” analitikləri hesab edirlər.
“Biz hesab edirik ki, ABŞ-da özəl mülkiyyətdə olan Xəzinə istiqrazlarının 1%-i belə qızıla yönəlsə, qiymət təxminən 5 000 dollara yüksələcək. Buna görə də qızıl, əmtəə bazarında ən güclü uzunmüddətli tövsiyəmiz olaraq qalır”, – deyə analitiklər vurğulayıb.
“FED-in müstəqilliyinin zəiflədiyi bir ssenari, çox güman ki, inflyasiyanın artmasına, səhmlərin və uzunmüddətli istiqrazların ucuzlaşmasına, həmçinin dolların ehtiyat valyuta statusunun zəifləməsinə gətirib çıxaracaq”, — deyə analitiklər öz hesabatlarında bildirirlər.
Onların sözlərinə görə, “Qızıl — institutlara inamdan asılı olmayan yığım vasitəsidir”.
“Goldman Sachs” qızıl qiymətləri üçün bir neçə ssenari görür:
• Baza ssenari — 2026-cı ilin ortalarınadək qiymətlərin 1 unsiya üçün 4000 dollara yüksəlməsi;
• Mülayim riskli ssenari — qiymətlərin 4500 dollara qədər artması;
• Yüksək riskli ssenari — investorların ABŞ xəzinə istiqrazlarının bir hissəsini sataraq qızıl alması və nəticədə qiymətin 5000 dollara yaxınlaşması.
Hazırda COMEX birjasında qızıl fyuçersləri 1 unsiya üçün 3600 dollardan bir qədər aşağı səviyyədə ticarət olunur. Bu həftənin əvvəlində kotirovkalar tarixdə ilk dəfə olaraq həmin həddi aşmışdı.
Bu il qızıl ən güclü nəticə göstərən əsas əmtəələrdən biri olub – 30%-dən çox bahalaşaraq, həftənin əvvəlində rekord səviyyəyə çatıb. Artım mərkəzi bankların qızıl ehtiyatlarını artırması və FED-in yaxın vaxtlarda faizləri azaldacağına dair gözləntilərlə dəstəklənib. Əlavə olaraq, Prezident Donald Trampın FED üzərində daha çox nəzarət əldə etmək cəhdləri, o cümlədən FED-in İdarə Heyətinin üzvü Liza Kuka (Lisa Cook-) un vəzifədən uzaqlaşdırılmasına yönəlmiş təşəbbüsləri də təsir göstərib.
Bununla belə, ABŞ mərkəzi bankının mövqeyinə təzyiqlər artdıqca, qlobal bazar liderləri mümkün nəticələrdən narahatlıqlarını ifadə ediblər. Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard da qeyd edib ki, FED-in müstəqilliyini itirməsi dünya üçün “ciddi təhlükə” ola bilər.
Son məlumatlara görə, spot qızılın qiyməti bir unsiya üçün təxminən 3540 dollar təşkil edir. Çərşənbə günü isə qızıl tarixdə ilk dəfə 3578 dolları keçərək rekord qırıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
