Sosial şəbəkələr bloklandı, ölkənin Baş naziri vəzifəsini itirdi
Nepalın Baş naziri Şarma Oli ölkədə kütləvi etiraz aksiyaları ilə bağlı istefa verib.
Marja xəbər verir ki, bu barədə onun köməkçisi Prakaş Silval "Reuters" agentliyinə məlumat verib.
Baş nazir daha əvvəl ölkədə davam edən etirazlarla əlaqədar vəziyyətə nəzarətin təmin olunması üçün ordu komandanı general Aşok Radc Sigdeldən kömək istəmişdi. "India Today" telekanalının iddiasına görə, general yalnız Baş nazirin istefasından sonra ordunun vəziyyəti sabitləşdirə biləcəyini bildirərək onun istefaya getməsini tövsiyə edib.
"Reuters" xəbər verir ki, Nepal Prezidenti ölkənin Baş nazirinin istefasını qəbul edib.
8 sentyabrda paytaxt Katmanduda minlərlə insanın iştirakı ilə “Z nəsli inqilabı” adlı aksiya keçirilib. Etirazçılar sosial şəbəkələrin və messencerlərin fəaliyyətinin məhdudlaşdırılması, həmçinin korrupsiyaya qarşı çıxış ediblər. Aksiyalarda əsasən gənclər iştirak edib. India Today-in məlumatına görə, hüquq-mühafizə orqanları silah, su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Nəticədə 19 nəfər həlak olub, 500-dən çox şəxs xəsarət alıb. Etirazlar ölkənin digər iri şəhərlərində də davam edib.
Qeyd edək ki, Nepal hökuməti 4 sentyabrda rabitə və informasiya texnologiyaları nazirliyində qeydiyyatdan keçməyən Facebook, Instagram, WhatsApp və digər sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmışdı. Lakin 9 sentyabrda bu məhdudiyyətlər ləğv olunub.
XXX
Nepalın Baş naziri ölkədə yaranmış fövqəladə vəziyyət və siyasi böhranın konstitusion yolla həlli məqsədilə istefa verdiyini bəyan edib.
Marja.az xəbər verir ki, "The Himalayan Times" qəzetinin məlumatına görə, Nepalda sosial şəbəkələrin bloklanmasına qarşı keçirilən etirazlar zamanı 500-dən çox insan xəsarət alıb.
Nepalın paytaxtında baş verən iğtişaş iştirakçıları Hilton otelinin binasına daxil olublar,- xarici mətbuat yazır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















