Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlarda son vəziyyət  - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünən ABŞ-da statistik göstəricilərin proqnozların üzərində dərc olunmasından sonra dollar beynəlxalq birjalarda major valyutalar qarşısında kəskin bahalaşıb. Belə ki, EUR/USD valyuta cütlüyü 1.17380 səviyyəsindən 1.16460 səviyyəsinə qədər geriləyib.

GBP/USD cütlüyü eyni müddət ərzində 1.34180 həddindən 1.33230 həddinə kimi eniş sərgilədi. USD/JPY cütlüyü isə 149.950 səviyyəsinə kimi bahalaşıb.

Ötən gün ABŞ-ın Ticarət Nazirliyinin yaydığı məlumata əsasən, ölkə iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə illik ifadədə 3.8% böyüyüb. Bu, son yeddi rüb ərzində ən yüksək artım tempidir. Analitiklər göstəricinin 3.3% artacağını proqnozlaşdırmışdılar. Daha əvvəl isə iqtisadi artımın -0.5% olduğu açıqlanmışdı.

Avqust ayında ABŞ-da Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi əvvəlki ayla müqayisədə 2.9% artıb. Bu, son üç ayda ilk artım olub. Həmçinin, avqustda ABŞ-da təkrar daşınmaz əmlak bazarında satışlar iyul ayı ilə müqayisədə 0.2% azalıb və 4 milyon təşkil edib.

Əlavə olaraq, ABŞ-da işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı ötən həftə gözlənilmədən azalıb. Əmək Nazirliyinin məlumatına görə, müavinət üçün müraciət edənlərin sayı 14 min nəfər azalaraq 218 min nəfərə düşüb. Analitiklər isə göstəricinin 232 mindən 235 minə yüksələcəyini proqnoz edirdilər.

Amerika fond indeksləri cümə axşamı ticarət gününü azalma ilə başa vurub və ardıcıl üçüncü sessiyanı mənfi zonada yekunlaşdırıb. İnvestorlar yeni statistik məlumatların açıqlanmasından sonra Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasətinin perspektivlərini qiymətləndirirlər.

“S&P 500” indeksinin komponentləri arasında ən çox artım göstərən “Intel Corp.” olub. Şirkətin səhmləri KİV-də yayılan, “Intel”-in “Apple Inc.”-ə tərəfdaşlıq və investisiya təklifi ilə müraciət etdiyi barədə xəbərlərdən sonra 8.9% bahalaşıb. “Apple”-ın səhmləri də 1.8% artıb.

“Böyük yeddilik” şirkətləri arasında isə “Tesla”-nın bazar dəyəri 4.4%, “Meta”-nın – 1.5%, “Amazon.com Inc.”-in – 0.9%, “Alphabet Inc.” və “Microsoft Corp.”-un isə 0.6% azalıb. “Nvidia Corp.”-un kapitallaşması isə 0.4% yüksəlib.

Bu gün ABŞ-da açıqlanacaq Şəxsi İstehlak Xərclərinin Qiymət İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Həmçinin, Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqardın Bakı vaxtı ilə saat 13:30-da baş tutacaq çıxışı bazar iştirakçılarının marağına səbəb olacaq.

Məlumat İnvest-İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. 

26.09.2025 10:36
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18