“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudurÖlkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, regionun ən böyük innovasiya tədbiri – “İNMerge” sammitinə platin sponsor qismində dəstək göstərir.
"PASHA Holding"in təşkilatçılığı ilə 29–30 sentyabr 2025-ci ildə Bakı Konqres Mərkəzində keçirilən sammitin məqsədi startaplarla investorları bir araya gətirərək səmərəli əməkdaşlıq üçün platforma yaratmaq, ekosistem iştirakçıları arasında ideya və təcrübə mübadiləsini təşviq etməkdir. Tədbirdə fintex, telekommunikasiya, e-ticarət və digər sahələrdən olan qlobal liderlər və innovatorlar görüşüb. Sammit iştirakçılar üçün beynəlxalq tərəfdaşlıqlar qurmaq və regionun innovasiya gündəmini formalaşdıran simalarla ünsiyyət imkanı yaradan strateji şəbəkələşmə mərkəzinə çevrilib.
Bu il “PAŞA Bank” sammit çərçivəsində “Məsuliyyətli bankçılıq” mövzusuna həsr olunmuş vertikala ev sahibliyi edir. Burada məsuliyyət bank sektorunda sadəcə bir standart və ya meyl kimi deyil — bütövlüyün, etibarın və uzunmüddətli dəyər yaratmağın ayrılmaz tələbi kimi təqdim olunur. Sessiyalarda biznesin cəmiyyətə verə biləcəyi real fayda, dayanıqlı maliyyə ekosisteminin qurulmasında innovasiyanın rolu və qlobal transformasiyaların regiona təsiri müzakirə olunur.
Tədbirin diqqətçəkən məqamlarından biri isə “PAŞA Bank” stendində təqdim olunan interaktiv “CX Hero Challenge” oyunudur. Məsuliyyətli bank olaraq innovasiyanın müştəri mərkəzli mahiyyətini vurğulayan “PAŞA Bank” bu oyun vasitəsilə iştirakçılara müxtəlif biznes personalarının baxış bucağından bank xidmətlərini sınaqdan keçirmək, xal toplamaq və rəqəmsal həllərin üstünlüklərindən yararlanmaq imkanı təqdim edir. Bu yanaşma Bankın müştəri təcrübəsinə verdiyi strateji önəmi, rəqəmsal innovasiyalara sadiqliyini və dayanıqlı inkişaf prinsiplərinə bağlılığını nümayiş etdirir.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev vertikalın açılışı zamanı bildirib ki, Bankın “INMerge” sammitində iştirakı həm regionda məsuliyyətli bankçılıq və innovasiya standartlarını yüksəldir, həm də bankın müştəri yönümlü, texnoloji və strateji liderliyini bir daha təsdiqləyir.
"Bizim əsas məqsədimiz yalnız bank xidmətləri göstərmək deyil, həm də müştərilərimizin ehtiyaclarını ön planda saxlayaraq innovativ və məsuliyyətli bankçılıq praktikalarını inkişaf etdirməkdir. INMerge sammitində iştirakımız və “CX Hero Challenge” adlı oyun vasitəsilə təqdim etdiyimiz interaktiv təcrübə, bu yanaşmamızın canlı nümunəsidir," – deyə, Cavid Quliyev bildirib.
Məsuliyyətli bankçılıq yanaşması maliyyə institutlarının yalnız iqtisadi deyil, eyni zamanda sosial və ekoloji sahələrdə də dayanıqlı təsir göstərməsini nəzərdə tutur. Bu konsepsiya şəffaf qərarverməni, ətraf mühitə qayğını, cəmiyyət üçün fayda yaratmağı və uzunmüddətli dəyərin qorunmasını əsas götürür. Etibarlı maliyyə tərəfdaşı kimi “PAŞA Bank” korporativ sektorda məsuliyyətli bankçılığın inkişafına dəstək verməkdə və Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafına töhfə göstərməkdə qətiyyətlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 d. əvvəl
-
- 10 d. əvvəl
-
29 d. əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
41 d. əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
42 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Expressbank-ın Nəsimi filialı YENİ ÜNVANDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq

















