Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransada dünən yeni hökuməti qurmuş Baş nazir Sebastien Lecornu istefa edib.

Qeyd edək ki, François Bayrou hökuməti 8 sentyabr 2024-cü ildə Milli Məclisdən etimad səsverməsi ala bilmədiyi üçün devrilmişdi. Bunun ardından 9 sentyabrda Sebastien Lecornu baş nazir vəzifəsinə təyin olunaraq yeni hökuməti formalaşdırmışdı.

Lakin Lecornu hökuməti, əsasən keçmiş nazirlərdən və Prezident Emmanuel Macrona yaxın şəxslərdən təşkil olunduğu üçün geniş tənqidlərə məruz qaldı. Tənqidlər artırıqca, Lecornu sabah saatlarında istifasını Macrona təqdim etdi. Prezident Macron isə istifanı qəbul edib.

Sebastien Lecornu Respublika tarixində ən qısa müddətdə vəzifədə olan baş nazir olub. Lecornu dünən yeni hökuməti qurduğunu elan etmişdi. Hökumət tərkibində Parlamentin ən böyük solçu ittifaqı Yeni Xalq Cəbhəsi (NFP) və ən böyük sağçı partiyası Milli Birlik (RN) nümayəndələrinə yer verilməmişdi.

Fransada yeni büdcə müzakirələri hökumət və müxalifət arasında əsas fikir ayrılıqlarından biridir.

Bazarlara “istefa” şoku

Fransa və Avropa bazarları, dünən yeni hökuməti qurmuş Baş nazir Sebastien Lecornu-nun istefa xəbərindən sonra sarsılıb. Avropa birjaları da Fransadakı siyasi gərginliyin təsiri ilə mənfidədir.

Baş nazirin ani istefasından sonrakı siyasi böhranı həll etmək üçün yeni seçkilərin qaçılmaz olduğu gözləntisi Fransa bazarlarının düşməsinə səbəb olub.

Ölkədə 10 illik dövlət istiqrazlarının gəliri 11 baza bəndi artaraq 3,61%-ə yüksəlib.

CAC 40 indeksi 2% düşüb, banklar ən çox zərər çəkən sektor olub: Societe Generale, Credit Agricole və BNP Paribas 5%-dən çox ucuzlaşıb.

Avro, ABŞ dollarına qarşı 0,7% dəyər itirib.

Lecornu-nun istefası, uzun müddət davam edən və bir neçə baş nazirin devrilməsi ilə nəticələnən Fransa siyasi böhranı məzənnələrə təsir edir. Avro/Dollar məzənnəsi 0,7% düşərək 1.16 səviyyələrinə geriləyib (avro ucuzlaşıb).

Məsələnin əsas səbəbi kimi, xalq tərəfindən bəyənilməyən xərclərin azaldılması və vergi artımları ilə dolu büdcəni "parçalanmış" parlamentdən keçirmək cəhdləri göstərilir.

İş elanları AzVak.az-da

"LB Macro" şirkətinin qurucusu Luigi Buttiglione bildirib:

“İstefa qeyri-müəyyənliyi sürükləyir. İş dünyası daha çox etibar itkisi yaşamaq təhlükəsi ilə üz-üzədir və bu, bütün AB-də fəaliyyətlərə təsir göstərir.”

Qeyd edək ki, Fransa büdcə böhranı səbəbindən Moody’s, S&P və Fitch kimi beynəlxalq kredit reytinqi təşkilatları ölkənin kredit reytinqini azaldıb. Bloomberg strateqləri Fransa dövlət istiqrazlarının bundan sonra daha da ucuzlaşacağını və bunun siyasi böhranı aradan qaldırmaq üçün əlavə seçkilərin keçiriləcəyi ehtimalını artıracağını qeyd ediblər.

Avropa birjaları da mənfi təsir altında

Avropa birjaları da Fransa siyasi hadisələrinin təsiri ilə düşüb:

Stoxx Europe 600: -0,4%

Almaniya DAX 40: -0,3%

Böyük Britaniya FTSE 100: -0,2%

İtaliya FTSE MIB 30: -0,6%

İspaniya IBEX 35: -0,4%

Fransa Sebastien_Lecornu Baş_nazir istifa François_Bayrou Emmanuel_Macron Michel_Barnier V_Beşinci_Respublika Milli_Məclis hökumət_sabitliyi büdcə_uzlaşmazlığı etimad_səsverməsi siyasi_tənqid Yeni_Xalq_Cəbhəsi Milli_Birlik 2025_büdcəsi Fransız_siyasəti
06.10.2025 13:26
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18