Cəbrayılda həyata keçiriləcək iri layihə üzrə 2 müqavilə imzalanıb

Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green və Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) məmnuniyyətlə bildirirlər ki, layihə üzrə tikinti işləri Azərbaycanın Cəbrayıl rayonunda qrafikə uyğun irəliləyir.
Bu barədə Marja.az-a "bp-Azərbaycan"dan bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra layihə üzrə iki əsas müqavilə imzalanıb:
Mühəndislik, Təchizat və Tikinti (EPC) müqaviləsi.
Təxminən 117 milyon ABŞ dolları dəyərində olan bu müqavilə Intec və Complant şirkətlərinə verilib. Müqavilə mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edir. Layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb və hazırda tikinti prosesi torpaq işləri və daxili yolların çəkilməsi ilə davam edir.
Modul təchizatı müqaviləsi.
Dəyəri 29 milyon ABŞ dollarından çox olan bu müqavilə günəş panellərinin təchizatı üçündür. Bu müqavilə Trina Solar (Schweiz) AG şirkətinə verilib. Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.
“Shafag (Jabrayil) Solar Limited” (SJSL) şirkətinin direktoru Kolin Allan: “Çox məmnunuq ki, tərəfdaşlarımız SOCAR Green və ABİF ilə birlikdə və digər çoxsaylı maraqlı tərəflərlə əməkdaşlıqda həyata keçirdiyimiz Şəfəq günəş layihəsi uğurla irəliləməkdədir.”
“Torpaq işləri zamanı layihə ərazisinin şimal hissəsində bir tarixi arxeoloji abidənin aşkarlanması da bizim üçün sevindirici hadisədir. Hasarlanmamış açıq yaşayış məskəni olan bu tapıntının Tunc və Erkən Dəmir dövrlərinə aid olduğu ehtimal olunur. Arxeoloji sahədə dəyirman daşlarının fraqmentləri, gil saxsı qırıqları (küplər, qablar, bişirmə qazanları) və çay daşlarından düzülmüş tikinti strukturları kimi səth materialları aşkarlanıb.
"Bu tapıntıların tarixi dəyərini və əhəmiyyətini qiymətləndirmək məqsədilə Azərbaycan Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri ilə sıx işləyirik.”
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsində yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihə üzrə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında təsdiqlənmiş 200 milyon ABŞ dolları dəyərində olan Şəfəq (Cəbrayıl) günəş layihəsi çərçivəsində Cəbrayıl rayonunda yeni 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.
Layihə Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
SJSL şirkətindəki iştirak payları belədir: bp 50,01%, SOCAR Green (bütövlükdə SOCAR-a məxsus törəmə şirkəti) 39,99% və ABİF 10%. Şəfəq layihəsi bütövlükdə bp şirkətinə məxsus olan Lightsource bp tərəfindən həyata keçirilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 saat sonra
-
13 saat sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
2 saat əvvəl
ABŞ-Çin gərginliyi "alovlandı", qızılın qiyməti 4100 dollara yaxınlaşdı
-
2 saat əvvəl
2025-ci il Nobel İqtisadiyyat Mükafatının sahibləri açıqlanıb - “Hələ də heyrət içindəyəm”
-
2 saat əvvəl
“PAŞA Bank”dan sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyası!
-
2 saat əvvəl
Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır
-
2 saat əvvəl
OPEC xam neft istehsalını artırıb, qlobal neft tələbi proqnozunu isə dəyişməyib
-
2 saat əvvəl
Çizgi filmi sənayesi: 2034-cü ilə qədər 895 milyard dollar həcmində bazar
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bank of Baku-dan “Gözünüz aydın olsun!” şüarı ilə sağlamlıq aksiyası

Əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq məhsullar alır

ABB-nin son maliyyə durumu: gəlirləri artıb, mənfəəti yüksəlib
